» » Ağaclar kəsildi, sakinlər etiraza qalxdı -

Ağaclar kəsildi, sakinlər etiraza qalxdı - DİN hərəkətə keçdi

Bölmə: Sosial
Ağaclar kəsildi, sakinlər etiraza qalxdı -
Artıq neçə gündür Binəqədi rayonu 9-cu mikrorayon Mircəlal Əliyev küçəsi 9A ünvanında sakinlər tikinti şirkəti rəsmilərinə etiraz edirlər.

Sakinlərin iddiasına görə, həmin ünvandakı parkı məhv edərək, yerində bina tikmək istəyirlər. Bu isə həmin ərazidə yerləşən və mikrorayonu su ilə təmin edən anbarın da zədələnməsi deməkdir.

Sakinlər bildirir ki, ərazidəki ağaclar bir-bir kəsilir və ya dibinə dərman tökülərək qurudulur.

Xalqinfo.az xəbər verir ki, barədə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Sadiq Dərafər bildirib ki, hazırda Daxili İşlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin rəsmiləri həmin ərazidədir. Onun sözlərinə görə, ərazidəki ağaclar qeydiyyata salınıb və heç bir qanun pozuntusuna yol verilmir:

“Biz üzərimizə düşəni edirik. Hazırda ərazi tam nəzarətimiz altındadır. Heç bir ağac kəsintisindən söz gedə bilməz. Bundan əvvəl isə həmin ərazidə ağac kəsilməsi müşahidə olunub və bununla bağlı lazımi tədbirlər görülüb. Sənədlərlə tam tanış deyilik. Bizdə olan məlumata görə, həmin ərazidə yeni parkın salınması nəzərdə tutulub. Sakinlər isə iddia edir ki, orada yeni bina inşa etmək istəyirlər. Araşdırma gedir. Məlumat dəqiqləşdikdən sonra lazımi tədbirlər görüləcək”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler