» » Gömrük Komitəsinin zəli əməliyyatı - Müsadirə olunan mal hara verilməlidir?

Gömrük Komitəsinin zəli əməliyyatı - Müsadirə olunan mal hara verilməlidir?

Bölmə: Sosial, MANŞET
Gömrük Komitəsinin zəli əməliyyatı - Müsadirə olunan mal hara verilməlidir?
Bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin mətbuat xidməti külli miqdarda zəlinin ölkə ərazisindən qanunsuz yolla çıxarılmasına cəhdin qarşısının alınması haqda məlumat yaydı.

Xalqinfo” xəbər verir ki, xəbərdə görə, Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasının vətəndaşı Shafabakhsh Mehran Omran oğlunun idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib.

Baxış zamanı, avtomobilin kabinəsində gömrük nəzarətindən gizlədilən, ümumi təqribi çəkisi 55 kq olan "Hirudo medicinalis" növ zəlilər aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, Astara Gömrük İdarəsində bundan öncə digər İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna gömrük baxışı nəticəsində isə ümumi sayı 29.000 ədəd olan "Hirudo medicinalis" növ zəlilər aşkar edilmişdi.

Sonda bildirilirdi ki, tibbi təyinatlı bu zəlilər Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna təhvil verilib.

Xalqinfo” bildirir ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Samir İsayev baş vermiş hadisəni şərh edib. O, bildirib ki, zəli bir çox xəstəlikləri sağaldır: “Buna kömək isə onun tüpürcəyində olan hirudin fermentidir. Hirudin və ya zəlinin ağzındakı su qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır.Hirudin eyni zamanda qan damarlarında yüksək təzyiqi azaldır, xoralaşma prosesini, eroziv sahələri bərpa edir və sağalma sürətlə gedir. Zəli yeganə vasitədir ki, hətta ölmüş sinir hüceyrələrini bərpa edir”.

Gömrük Komitəsinin zəli əməliyyatı - Müsadirə olunan mal hara verilməlidir?














Vəkil bildirib ki, zəli bundan başqa orqanizmi cavanlaşdırır, dərini şux edir. Təsadüfi deyil ki, zəlidən müxtəlif üz kremləri hazırlanır. Fransada zəlidən onlarla kosmetik vasitələr məşhurdur. Zəli 1984-cü ildən SSRİ-nin "Qırmızı kitab"ına daxil edilib. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Bir çox ölkələrdə zəli süni yolla biofabriklərdə artırılır. Azərbaycanda indi zəli artırmaq üçün biofabrik yoxdur. Vaxtilə Azərbaycanda da bu cür biofabrik olub. Sovetlər dönəmində Masallının Mollaoba kəndində zəliyetişdirmə kombinatı olub. İndi ölkədə zəli tədarükünə heç bir nəzarət yoxdur, ölkəmizdə zəlilər təbii surətdə artıb-çoxalır. Onları göllərdən tuturlar. Adətən Lənkəran zəlilərindən istifadə edilir. Azərbaycanda bütün şəcərəsi, hətta ulu babası da bu işlə məşğul olanlar var. Məsələn, zəli olan göl nəzarətə götürülür, vətəgə yaradılır və ora heç bir heyvan, çirkli su buraxılmır. Zəli o göldə təbii şəkildə artır.

S. İsayev yazır ki, zəli valyuta gətirən qiymətli məhsuldur, dünya bazarında qiymətli məhsuldur. Onun ticarətinin təşkili ölkəyə valyuta gətirə bilər. Amma bu ticarət təbii şəraitdə yetişən zəlilərin tutulub ixrac edilməsi ilə deyil, zəliyetişdirmə fermalarında onların yetişdirilməsi yolu ilə həyata keçirilməlidir. Ölkəm izin təbii şəraiti buna imkan verir. Bu fəaliyyət böyük investisiya tələb etmir. Xırda və orta biznes bu iqtisadiyyatın bu sahəsini inkişaf etdirə bilər. Amma bu ətraf mühitlə sıxı bağlı sahə olduğu üçün mütəxəssislərin köməyi və dövlət nəzarət orqanlarının icazəsi ilə həyata keçirilməlidir. Zəlinin bir ədədinin daxili bazarda topdansatış qiyməti 50-70 qəpik, pərakəndə satış qiyməti isə 1 manatdır. Avropa bazarlarında zəlinin topdansatış qiyməti 2-5 avro, ABŞ-da 6 dollardır. Qonşu Rusiya bu bazarda istehsal etdiyi zəli ilə kifayət qədər fəaldır. Məsələn, “Beynəlxalq tibb zəlisi mərkəzi” hər il zəliyetişdirmə müəssisəsində 1,5 mln ədəd zəli istehsal edir və satışını həyata keçirir.

Gömrük Komitəsinin zəli əməliyyatı - Müsadirə olunan mal hara verilməlidir?














“Zəli kökü kəsilməkdə olan növ olduğu üçün onun ticarəti də Azərbaycan Respublikasının qoşulduğu «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiyanın (bu konvensiya ingilis dilində adının baş hərfləri ilə CİTES adlanır) tənzim etmə dairəsinə düşən canlıdır. Həmin Konvensiyaya 1975-ci ildən 183 dövlət qoşulmuşdur. 5000 heyvan və 28000 bitki növü beynəlxalq ticarət vasitəsilə hədsiz istismardan Konvensiyanın mühafizəsi altındadır. Zəli Konvensiyanın 2 saylı əlavəsinə daxil edilmişdir və hazırda kökü kəsilməkdə olmasa da, onlarla beynəlxalq ticarət ciddi tənzim edilməsə, belə təhlükəyə məruz qala bilərlər. Belə tənzimetmənin əsas vəzifəsi beynəlxalq ticarətə səmərəli nəzarət həyata keçirməkdir. CİTES siyahılarında olan növlərin beynəlxalq ticarəti rəsmi deyil, qaçaqmalçılıq yolu ilə aparıldıqda, belə ticarətə qurşanan şəxslər həmin növlərin dünya bazarındakı mümkün qiymətindən dəfələrlə aşağı qiymətə təbiətdən oğurladıqları mallarını satmalı olurlar. Ona görə ki, Konvensiyaya üzv dövlətlər CİTES siyahısında olan növün ixrac ölkəsinin rəsmi sənədləri olmadan idxalına icazə vermirlər. Yəni zəli Azərbaycandan qaçaqmalçılıq yolu ilə çıxarılırsa, İrana və ya Konvensiyaya üzv olan digər 183 dövlətə də qaçaqmalçılıq yolu daxil olmalı və orada qanunsuz ticarət predmetinə çevrilməlidir. Bu isə qanunsuz işə qoyulan investisiyanın risklərini artırır və mənasız edir”.

S. İsayev bildirir ki, zəli ölkədən qaçaqmalçılıq yolu ilə aparılarkən tutulmuşdursa bu məsələ qanunvericilikdə tənzim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 yanvar tarixli 2 №li qərarı ilə təsdiq edilmiş “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”nın 6-cı bəndinə əsasən, Konvensiyanın tələblərinə müvafiq olaraq, götürülmüş nümunələr saxlanılmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilir. Məhkəmənin qərarına əsasən və ya elmi orqanın (Milli Elmlər Akademiyasının Zoologiya (heyvanlar barədə) və ya Botanika (bitkilər barədə) institutu) rəyini nəzərə alaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi nümunələr barədə aşağıdakı qərarlardan birini qəbul edir:

sahibinə qaytarılması;

ixrac edildiyi ölkəyə qaytarılması (müvafiq dövlətin Konvensiya üzrə inzibati orqanı ilə məsləhətləşmələr apardıqdan sonra);

təbii mühitə buraxılması;

canlı nümunələrin qeyri-sərbəst şəraitdə və ya süni olaraq yaradılmış mühitdə saxlanılması və artırılması, cansız nümunələrin isə saxlanmaq üçün dövlət və ya bələdiyyə təşkilatlarına, təbiəti mühafizə, elmi, maarifçilik, mədəniyyət və tibbi məqsədlər üçün əvəzsiz verilməsi;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada satılması (sahibinə və ya ixrac edildiyi ölkəyə qaytarmaq, təbii mühitə buraxmaq mümkün olmadıqda);

öldürülməsi və ya məhv edilməsi (canlı nümunələr üçün baytarlıq nəzarəti orqanlarının rəyi olduqda).

Gömrük Komitəsinin zəli əməliyyatı - Müsadirə olunan mal hara verilməlidir?














“İndi qayıdaq gömrük orqanlarının qaçaqmalçılardan götürdüyü zəlinin Zoologiya institutuna təhvil verilməsinə. Gömrük məmurları Nazirlər Kabinetinin 7.01.2009-cu il tarixli 2 №li qərarı barədə məlumatsız ola bilməzlər. Elə isə nə səbəbdən təbii sərvət olan vəhşi təbiət nümunəsi olan zəli sahibinə - Ekologiya və Təbii Sərvətlər Nazirliyinə deyil, həmin sərvətə heç bir aidiyyəti olmayan bir quruma təhvil verilib. Zoologiya İnstitutunun zəliləri saxlamaq və onların barəsində qərar qəbul etmək səlahiyyəti yoxdur. Özü də gömrük məmurları bu addımı ikinci dəfədir ki, atırlar. Əgər bu səhvdirsə, ondan çəkinmək lazımdır, yox əgər bu şüurlu şəkildə edilirsə, bu barədə tədbir görmək lazımdır. Burada qeyd etməli oluram ki, məlumatda göstərilən gömrük orqanları tərəfindən götürülmüş 29000 ədəd zəlinin Azərbaycanda pərakəndə satış dəyəri 29 min manatdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler