» » Bakıda qatı duman - Hərəkət çətinləşdi, tıxac var

Bakıda qatı duman - Hərəkət çətinləşdi, tıxac var

Bölmə: Sosial
Bakıda qatı duman - Hərəkət çətinləşdi, tıxac var
Bu gün axşam saatlarından başlayaraq, Bakıda və bəzi bölgələrdə güclü duman müşahidə olunur. Eyni vəziyyət martın 10-na keçən gecə də hökm sürüb.

"Xalqinfo" APA-ya istinadən xəbər verir ki, hava qaraldıqdan sonra Bakının avtomobil yollarında görünüş məsafəsi xeyli azalıb, qatı duman avtomobillərin hərəkətini çətinləşdirib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, axşam saatlarında Yasamal rayonu ərazisindəki küçə və prospektlərdə, eləcə də, Tiflis, Moskva prospektlərində, “20 Yanvar” dairəsi istiqamətində dumanla əlaqədar avtomobillərin hərəkətində çətinlik olub, nəqliyyat sıxlığı yaranıb. Bir qədər sonra sıxlıq aradan qalxıb və hazırda nəqliyyatın hərəkəti normaldır.

Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanından bildirilib ki, dumanlı hava şəraiti aeroportun işinə təsir etməyib, dumanla əlaqədar təxirə salınan reys yoxdur. Bakıya gəlməli olan bir neçə reysdə ləngimə var. Amma bu ləngimə dumanla bağlı deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, hazırda Bakı ilə yanaşı bir sıra rayonlarda da dumanlı hava şəraiti hökm sürür. Duman martın 11-i səhər saatlarınadək davam edəcək və gündüz saatlarında duman gözlənilmir.

Bakıda qatı duman - Hərəkət çətinləşdi, tıxac var

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler