» » Bakı metrosunda yenilik

Bakı metrosunda yenilik

Bölmə: Sosial
Bakı metrosunda yenilik
Bakı Metropoliteninin stansiyalarında yeni yanğından mühafizə sistemi fəaliyyət göstərəcək. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ans press-ə verilən məlumata görə, metroda yanğın təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi məqsədilə yeni inşa edilən stansiyalarda müasir tipli avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi quraşdırılır.

Metropoliten rəsmisinin sözlərinə görə, bu sistem yeni inşa edilən xətlərdəki bütün stansiyalarda quraşdırılacaq.

“Bu sistem vasitəsilə metroda yanğın hadisəsi baş verən zaman həm siqnalizasiya, həm də onun söndürülməsi mexanizmi işə düşəcək. Yanğın avtomatik qaydada söndürüləcək. bu sstem yeni inşa ediləcək stansiyalarla yanaşı, hazırkı bəzi stansiyalarda da var. Sovet dövründə tikilən stansiyaların heç birində bu sistemi yoxdur. Lakin yeni inşa edilən “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi” stansiyalarında artıq müasir yanğından mühafizə sistemi qurulub”, - deyə N.Paşayev bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler