» » "Bakıkart"da yenilik...

"Bakıkart"da yenilik...

Bölmə: Sosial, GÜNDƏM
"Bakıkart"da yenilik...
Bank kartlarının sahibləri “BakıKart” nəqliyyat kartlarına gedişi haqqını onlayn formada yükləyə biləcəklər.

Xalqinfo.az Trend.az-a istinadən bildirir ki, bu barədə layihəyə yaxın mənbədən məlumat verilib. Məlumata görə, hazırda bu xidmət korporativ müştərilər üçün mövcuddur.

Hazırda bu xidmətin bütün müştərilərə şamil olunması üçün işlər davam etdirilir.

Qeyd edək ki, "BakıKart" Bakı Metropolitenində və sərnişin avtobuslarında gediş haqqını ödəmək üçün istifadə olunur.

BakiKart-ların alınması və yüklənməsi BakıKart və MilliÖN terminallarında mümkündür. Kartın qiyməti 2 manat təşkil edir.

Bundan başqa, ictimai nəqliyyatdan az istifadə edən Bakı sakinləri və paytaxtın qonaqları üçün məhdud istifadəli Bakı Kart-lar nəzərdə tutulub ki, onların qiyməti 0,2 manat təşkil edir. Bu kartlara yalnız 4 gediş yükləmək olar. Bir gedişin qiyməti də 0,2 manat təşkil edir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler