» » Sakinlər istilik üzünə həsrət qalıblar -

Sakinlər istilik üzünə həsrət qalıblar - VİDEO

Bölmə: Sosial
Sakinlər istilik üzünə həsrət qalıblar -

Hava soyuq olmasına baxamayaraq yaşayış binasına istilik verilmiyib.

Paytaxtın Nizami rayonu Bəhruz Nuriyev küçəsində yaşayan sakinlər mənzillərdə istilik üzünə həsrət qalıblar. Binaya istilik verilməməsi azmış kimi onlardan pulda tələb olunur. "Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyətindən məsələyə münasibət bildirilib.

Hava soyuq olmasına baxamayaraq yaşayış binasına istilik verilmiyib.

Söhbət Paytaxtın Nizami rayonu Bəhruz Nuriyev küçəsi bina 17 ünvanından gedir. Sakinlər deyir ki, mənzillərdə istilik sistemi quraşdırılmasına baxmayaraq hələ də evlərə istilik verilməyib.

Sakinlərin sözlərinə görə, istilik verilməməsinə baxamyaraq onlardan ödənişdə tələb olunur. Vəziyyət belə olduğuna görə vətəndaşlar elektrik enerjisi ilə işləyən cihazlardan istifadə etməyə məcbur olurlar.

Sakinlər problemlə bağlı bir neçə dəfə "Azəristiliktəchizat"a müraciət etdiklərinədə deyirlər.

Problemlə bağlı "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Xəzər xəbərə bildirdi ki, məsələdən xəbərdardılar.Həmin binada bəzi vətəndaşlar mənzildaxili istilik xətləri çəkərkən texnoloji ardıcılığa əməl etmədikləri üçün istiliyin verilməsində problemlər yaşanır. Bununla yanaşı, bəzi sakinlər var ki istifadə etdiyi istiliyin pulunu vaxtında ödəmədiyinə görə həmin mənzillərə istiliyin verilməsinə məhdudiyyətlər qoyulur. İsitlik verilmədən borc yazılması məsələsinə gəldikdə isə, qurum rəsmisi bildiridi ki, həmin vətəndaşlar əvvəllər istifadə etdiyi istilik haqqlarını ödəmədiyi üçün bu borc yazılıb.




BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler