» » Körpələri bu nahiyələrindən öpməyin!

Körpələri bu nahiyələrindən öpməyin!

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Körpələri bu nahiyələrindən öpməyin!

Körpələrin həssas bədəninə zərər verməmək üçün çox adam onların ayaqlarını seçir. Lakin körpələrin ayaqlarından öpmək təhlükəlidir.

Xalqinfo.az xarici mətbuata istinadən xəbər verir ki, psixoloqlar körpələri ayaqlarından, dodaqlarından, genital nahiyəsindən, eləcə də boynundan öpməyi qadağan edir. Onlar iddia edir ki, bu nahiyələrdən öpüş uşaqlarda müxtəlif hisslərin formalaşmasına təsir edir.

Körpələri bu nahiyələrindən öpməyin!















Körpələri alnından ya da yanaqlarından öpün

Uşaqların ayaqlarından öpmək doğru deyil. Çünki ayaqları öpülən uşaq hiss etdiyi aşırı sevgidən dolayı qısqanclığa meyl edir. Belə uşaq valideynlərinin bacı-qardaşına olan sevgisindən narahat olmağa başlayır. Diqqət və qayğını itirmə qorxusu əsasən ərköyün böyüdülmüş, eləcə də həddən artıq əzizlənmiş uşaqlarda daha çox rast gəlinir.

Körpələri bu nahiyələrindən öpməyin!















Uşaqları boynundan da öpmək doğru hesab olunmur. Bu, uşaqlara həddən artıq həssaslıq qazandırar.

Uşaqları dodaqlarından öpmək olmaz! Bu, gigiyenik deyil. Çünki infeksiya vəbakteriyaların uşaqlara nəfəs və ağız yolu ilə keçmə riski olduqca yüksəkdir.

Körpələri bu nahiyələrindən öpməyin!















Həkimlər uşaqları alın və yanağından öpməyin daha doğru olduğunu bildirir. Psixoloqlar iddia edir ki, alnından öpülən uşaq özünü ruhən daha yaxşı hiss edir. Bu, uşaqlara təmizlik, məsumluq, dürüstlük və cəsarət hissini aşılayır.

Körpələri bu nahiyələrindən öpməyin!
Körpələri bu nahiyələrindən öpməyin!




























Uşağı yanağından öpən zaman başını tutmaq lazım deyil. Həmçinin başqalarını məmnun etmək üçün övladınızı onları öpməyə məcbur etmək yanlış addımdır.

Çünki bu, onlarda başqalarını məmnun etmək hissini formalaşdırır və şəxsiyyət inkişafını ləngidir. Beləcə uşaq öpüşdən başqalarını məmnun etmək üçün bir vasitə kimi istifadə edəcək.

Körpələri bu nahiyələrindən öpməyin!















Bundan əlavə uşağı genital nahiyəsindən öpmək olmaz. Bu, məhrəmiyyət hissi qazana bilməsi və təcavüzdən qoruna bilməsi üçün vacibdir.

Körpələri bu nahiyələrindən öpməyin!


















BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler