» » Universitetdən Milli Qəhrəmanla bağlı açıqlama

Universitetdən Milli Qəhrəmanla bağlı açıqlama

Bölmə: Sosial
Universitetdən Milli Qəhrəmanla bağlı açıqlama

Bakı Slavyan Universiteti Milli Qəhrəman Məhəmməd Həsənovun universitetə buraxılmaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Rektor Nurlana Əliyevanın köməkçisi Murad Abidov “Qafqazinfo”ya deyib ki, rəhbərliyin bu məsələdən xəbəri yoxdur, çünki Məhəmməd Həsənov onunla görüşə gəlməyib:

“Mühafizəçi Məhəmməd Həsənovdan vəsiqə tələb edib, o isə vəsiqəni verməyib. Belə olan halda mühafizəçi prorektor Əbülfəz Nağıyevlə əlaqə saxlayıb. Məhəmməd Həsənova təklif edilib ki, universitetdən tanıdığı biri varsa onunla bir yerdə universiteti gəzə bilər. Əgər yoxdursa, biz ona bir nəfər verə bilərik. Məhəmməd Həsənov isə bu təkliflərdən imtina edib və özü universiteti tək gəzmək istədiyini bildirərək oradan uzaqlaşıb”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler