» » “Qafqaz”da oxuyanların diplomları tanınacaqmı? - “Bizə aidiyyatı yoxdur”

“Qafqaz”da oxuyanların diplomları tanınacaqmı? - “Bizə aidiyyatı yoxdur”

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
“Qafqaz”da oxuyanların diplomları tanınacaqmı? - “Bizə aidiyyatı yoxdur”

Azərbaycanda fəaliyyət göstərən “Qafqaz” Universiteti Türkiyə Yüksək Təhsil Şurasının bu universitetin diplomlarının tanınmamasına dair qərarına münasibət bildirib.

"Xalqinfo" xəbər verir ki, Universitetin Mətbuat xidmətinin rəhbəri Rəcəb Rza “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, qərarın onlara aidiyyatı yoxdur:

“Biz SOCAR-ın nəzdində Beynəlxalq Təhsil Mərkəzinin universiteti kimi fəaliyyət göstəririk. İndiyə kimi diplomların tanınmaması ilə bağlı nə Türkiyə Yüksək Təhsil Şurasından, nə də ki səfirlikdən bizə rəsmi məktub daxil olmayıb”.

Rektorluqdan isə bildirilib ki, onlara da belə bir qərar daxil olmayıb:

“Biz fəaliyyətimizi Beynəlxalq Təhsil Mərkəzinin nəzdində davam etdiririk. Heç bir problem yoxdur”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler