» » Hələ bu harasıdır, Nurayım?

Hələ bu harasıdır, Nurayım?

Bölmə: Sosial
Hələ bu harasıdır, Nurayım?

Nərmin Dadaşova

Bir dəfə atam rayondan bizə qonaq gəlirdi. İki saata çatmalı idi, amma üç saat idi ki, telefonuna zəng çatmırdı. Nəfəs ala bilmirdim, İlahi, ömrümdə o qədər qorxmamışdım. Dəli kimi evin içində o baş -bu başa gedirdim, ağlıma olmazın fikirləri gəlirdi. Dözə bilməyib bir dostuma zəng vurub həmin istiqamətdə qəza olub-olmadığını dəqiqləşdirməsini xahiş etdim. Deyəsən yolda qəza vardı, dostum özü də çaşıb qalmışdı, bilmirdi nə desin mənə, necə desin. Nə yaxşı ki, atam gəlib çıxdı. Nə yaxşı ki, gəldi...

Nurayın videosuna ən son baxanlardanam. Haqqında eşidəndə atanın qızını istəməyindən doğal nə ola bilər deyə düşündüm. Sonra üç dəfə dalbadal izlədim görüntüləri, birində ancaq atanı, ikincidə polisləri, üçüncüdə isə Nurayla xalasını. Və hər üçündə məyus oldum, hönkür- hönkür ağladım. Özünün dediyinə inansaq illərdir qızını almaq üçün mübarizə aparan ata qızı ilə ilk görüşündə nə etdi? Kövrəldimi, duyğulandımı, qızının onu ata kimi qəbul etməsi üçün barmağını oynatdımı? Yox. Gah uşağı dartışdırdı, gah ətrafındakıları söydü, gah kiminsə üstünə cumdu. “Mən belimdən gələn uşağı istəyirəm” dedi. Atanın bu qədər həssas, yaşının az olmasına baxmayaraq bu qədər olqun olan Nurayı istəmə səbəbinə baxın, “O mənim belimdən gəlib.”

Sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olan videoda hamının əsəsblərinə toxunan əsas tərəf isə həmişəki kimi, məhkəmə icraçıları oldu. Tamam, məhkəmə qərarı atanın xeyirinə verib. İcraçıların da vəzifəsi bu qərarı icra etməkdir. Bəs vəzifədən ötə olan şeylər? Vicdan məsələn, mərhəmət... Biz hamımız Azərbaycan polisindən ömrümüzdə bir dəfə də olsun travma almışıq. Ömrümüzdə bir dəfə də olsun, əslində kürəyimizi söykəməli olduğumuz, güvənməli olduğumuz polisdən ömrümüzün ən unudulmaz zərbəsini almışıq. Bir dəfə uşaqlarımı bağçadan evə gətirirdim. Balaca küçə ilə irəliləyirdik, az qabaqda bir kişi qadını döyürdü, başını divara çırpırdı. Uşaqlar qorxularından ağlamağa başladılar. Özümü itirdim, nə qadını o vəziyyətdə qoyub getmək istəmirdim, nə də uşaqlarımı təhlükəyə ata bilməzdim. Paralel yolla polis geyimində gedən gənc oğlanı görəndə fikirləşmədən ona tərəf qaçdım. “Kömək edin, orada bir kişi qadını öldürür” dedim. Sözümü ağzımda yarım qoyub sürətlə uzaqlaşdı hadisə yerindən. Yoldan keçən sadə vətəndaşlar almışdılar qadını içkili ərinin əlindən. Mənim üçün hər şey gün kimi aydın olmuşdu onda. Nurayı sakitləşdirmək əvəzinə hədə qorxu gələn məmurun “atanla getməsən ananı tutacağıq” deməsini yəqin sən də eşitdin, oxucu dost. Nuray üçün bu çoxdur axı. Yaşının onunda tanımadığı biri ilə, lap bu onun bioloji atası olsa belə getməsi üçün ona bu qədər təziq göstərmək, bu qədər işgəncə vermək hansı qanuna, hansı insafa, hansı insanlığa sığır?

Yox idimi bunun başqa yolu? Vardı, əlbət. Atası görüşərdi qızı ilə, yavaş-yavaş. Aşılayardı ona ata sevgisini. Nuray yaxşı atadan, ona nəvaziş göstərən, onu sevən, atadan imtina etməyəcəkdi, əminəm. Nuray bağıran, onu-bunu söyən, qızını dartışdıran atanı qəbul etmədi. Düz də elədi.

Azərbaycan kişisinin böyük əksəriyyəti zorakıdı. Onlar nəvazişin, diqqətin və sevginin tərəfində deyillər. Onlar “ ya mənim olacaq ya da qara torpağın”ideoligiyasının adamlarıdırlar. Əlləri sığaldan çox yumruğa yatır. Nə etmək olar, bu da bizim alın yazımızdır, Nurayım. Hələ bu harasıdır, körpəm, hələ nələr görəcəksən...


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler