» » Şəhid polis Günelə qarşı əsl insanlıq... bacım mən həmişə buradayam

Şəhid polis Günelə qarşı əsl insanlıq... bacım mən həmişə buradayam

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Şəhid polis Günelə qarşı əsl insanlıq... bacım mən həmişə buradayam

İzmir məhkəməsi qarşısında dünən törədilən xain hücumda canı bahasına insanların həyatını xilas edən qəhrəman polis Fethi Sekinlə bağlı azərbaycanlı vəkil Günel Tahirlinin (Cansu) paylaşımı Türkiyədə hamını təsirləndirib.

"Xalqinfo" modern.az-a istinadən xanım vəkilin şəhidlə bağlı xatirəsini təqdim edir.

"Qardaş, evdə uşaq qoyub gəldim”

Tərcüməçilik etdiyim üçün tez-tez gedirəm İzmir ədliyyəsinə. Bir müddət əvvəl bir məhkəmə iclasına qatılmalı idim. Məhkəmədə iclas saatına az qalırdı, avtomobili park etmək üçün yer tapmadım. Rəsmi avtomobillərin olduğu yerə doğru yaxınlaşdım. Bir polis maşını və yanında bir polis məmuru dayanmışdı, məhkəmə iclasına gecikirdim. Şüşəni açdım və polis məmuruna dedim: "Abi, mən tərcüməçiyəm, heç yerdə yer tapmadım avtomobili park etmək üçün, evdə uşaq qoyub gəldim, təcili iclasa qatılıb evə qayıtmağım lazımdır, mənə yardımçı ola bilərsinizmi?

O, polis arabasını çəkib və "Bacım, bura park elə" dedi. "Yaxşı", - dedim, "Abi, ən çoxu 1 saata qalmaz, hə",-dedim. Getdim, məhkəmə iclası bitdi, çıxışda ona yaxınlaşıb təşəkkür etdim, mənə dedi ki, "Bacım, avtomobilin şüşəsində kağız var, onu özün götürərsən".

Avtomobilə yaxınlaşdım, kağızı əlimə alıb geriyə ona doğru getdim, "Qardaş",-dedim "Cəza olmasın, bu". "Yox" - dedi. "Cəza yazmasınlar deyə qoydum. Cəza gələrsə, bacım mən həmişə buradayam, narahat olmayın”.

"Bəli, şəhid olan həmin polisdir”

Avtomobilə yaxınlaşıb kağızı maşına qoydum. Axşam Taner gəlincə danışdım. Bu gün partlayışda bir yol polisinin şəhid olduğunu eşitdim, bir anda ağlıma o polis qardaş gəldi nədənsə, sonra “yox” dedim öz-özümə. Sosial mediada şəklini görəndə Taneri aradım, kağız avtomobildə qalmışdı çünki. Bir neçə dəqiqə sonra Taner mənə kağızın şəklini göndərərək "Bəli, o şəhid olan Fethi Sekin ",-dedi.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şəhid polis Günelə qarşı əsl insanlıq... bacım mən həmişə buradayam

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler