» » Səhiyyə Nazirliyindən ölən 2 yaşlı uşaqla bağlı -

Səhiyyə Nazirliyindən ölən 2 yaşlı uşaqla bağlı - Açıqlama

Bölmə: Sosial
Səhiyyə Nazirliyindən ölən 2 yaşlı uşaqla bağlı -

Səhiyyə Nazirliyi Qusar rayonu Şirvanovka kənd sakini, 2014-cü il təvəllüdlü, Fəttahov Rahid Ravid oğlunu ölümü ilə bağlı açıqlama verib.

Xalqinfo.az xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Cavid Xəlilov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, uşağın valideynləri yanvarın 3-dən 4-nə keçən gecə saat 1:00-da Qusar Mərkəzi Xəstəxanasına müraciət ediblər: “Uşağa zəruri ambulator yardım göstərilib. Lakin valideynlər onu stasionara yerləşdirməkdən imtina ediblər. Sonra özəl müəssisəyə müraciət ediblər”.

Qeyd edək ki, Rahid Fəttahovun yaxınlarının Report-a dediklərinə görə, Qusarda həkimlər azyaşlının xəstəliyinin dəqiq diaqnoz qoya bilməyiblər. Yeni il bayramı ilə əlaqədar bəzi həkimlərin iş yerində olmaması uşağın vəziyyətinin ağırlaşmasına səbəb olub.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler