“Efir əhalinin aşağı təbəqəsinə uyğun hesablanır” - MTRŞ sədriBölmə: Sosial
"Uzun müddətdir, Azərbaycanın efir məkanında verilişlərin keyfiyyətinin aşağı olması bizi çox düşündürür". "Xalqİnfo" APA-ya istinadən xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N. Məhərrəmli bildirib ki, bunun əsas səbəblərindən biri reklam bazarının çox aşağı səviyyədə olması və reklam siyasətinin efir siyasətinə böyük təsir göstərməsidir: "Reklam məsələsi bu sahədə ciddi məsələlərdən biridir. Təbii ki, kadr məsələləri yenə də əvvəlki kimi öz qüvvəsində qalır. Kadrların peşəkarlığı demək olar ki, çox aşağı səviyyədədir. Efir sanki əhalinin aşağı təbəqəsinin tələbinə uyğun hesablanır. Bu da çox düşündürücü məqamdır”. N. Məhərrəmli vurğulayıb ki, verilişlərin keyfiyyəti aşağı olsa da, teleradio yayımı sahəsində qanun pozuntuları xeyli azalıb: "Bizi də narahat edən məhz verilişlərin keyfiyyətinin aşağı olmasıdır". Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|