» » Qərargah rəhbərliyi Xəzərdə -

Qərargah rəhbərliyi Xəzərdə - Neftçilər axtarılır

Bölmə: Sosial
Qərargah rəhbərliyi Xəzərdə -

Xəzərdə itkin düşən neftçilərlə bağlı yaradılan qərargahın rəhbərliyi hadisə yerində olublar.

Xalqİnfo” xəbər verir ki, qərargahın yaydığı xəbərdə bildirilir ki, Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Bu gün Axtarış – xilasetmə Qərargahının Rəhbər heyət üzvləri hadisə yerində olub, həyata keçirilən xilasetmə tədbirlərilə yaxından tanış olublar. Qərargahın Rəhbər heyət üzlərinin verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq, hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti, sürəti bir daha təhlil olunub və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib. Axtarış – xilasetmə əməliyyatlarının, uzunluğu 125 km, eni isə 108 km olan geniş ərazidə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyyələr verilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler