» » Baş Prokurorluqdan Xəzərdəki faciə haqda -

Baş Prokurorluqdan Xəzərdəki faciə haqda - Açıqlama

Bölmə: Sosial
Baş Prokurorluqdan Xəzərdəki faciə haqda -

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəza ilə bağlı cinayət işi açılıb.

Xalqİnfo.az xəbər verir ki, Baş Prokurorluqdan “Qafqazinfo” ya daxil olan məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il dekabrın 15-də Xəzər dənizində Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş vermiş hadisənin səbəblərinin araşdırılması barədə imzaladığı sərəncamın icrası ilə əlaqədar hadisənin texniki səbəblərinin müəyyən edilməsi, müvafiq istintaq hərəkətlərinin aparılması, o cümlədən xüsusi biliklərə malik olan mütəxəssislər cəlb olunmaqla texniki təhlükəsizlik və digər ekspertizaların keçirilməsi zərurətini nəzərə alaraq faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmaqla hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 15-də saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. İtkin düşən neftçilərin axtarışı davam edir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler