» » Zaqatalada fərdi yaşayış evi yandı

Zaqatalada fərdi yaşayış evi yandı

Bölmə: Sosial
Zaqatalada fərdi yaşayış evi yandı

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Xalqİnfo.az xəbər verir ki, AzVision.az-ın məlumatına görə, bu gün saat 12 radələrində rayonun CAR kəndində, kənd sakini Abubəkir Ömər oğlu Ömərova məxsus, ümumi sahəsi 120 kv/m olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb. Yanğın zamanı evi dam örtüyü yanaraq yararsız hala düşüb, yanğının ikinci və birinci mərtəbədə olan otaqlara keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.(APA)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler