» » Yeni istifadəyə verilən yol çökdü - Fotolar

Yeni istifadəyə verilən yol çökdü - Fotolar

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Yeni istifadəyə verilən yol çökdü - Fotolar

20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb.

Xalqİnfo.az verir ki, bu barədə salamnews.org saytı xəbər yayıb. Bildirilib ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb.
Məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a açıqlama verib.

O bildirib ki, çökmə hadisəsi bu gün səhər saatlarında qeydə alınıb:

“Çökmə prosesi yolun 17-ci kilometrliyində baş verib. Yağan intensiv yağışlar nəticəsində yolun bir hissəsi çöküb. Hazırda həmin hissəsinin bərpası istiqamətində işlər aparılır. Eyni zamanda nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün xüsusi hissə salınır. Buna paralel olaraq yolun bərpası da davam etdirilir. Qeyd edim ki, ərazidə yağışlar hələ də davam edir”.

A.Nəcəfli deyib ki, həmin yol istifadəyə verilməyibmiş:

“Bu tikinti altında olan yoldur. Amma çökən hissəyə yeni asfalt vurulmuşdu. Ərazi ümumiyyətlə sürüşmə zonası da deyil. İntensiv yağışların təsirindən torpaq o qədər yaş olub ki, nəticədə sürüşmə baş verib”.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Yeni istifadəyə verilən yol çökdü - Fotolar
Yeni istifadəyə verilən yol çökdü - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler