» » Avtomobilləri ilə sərnişin daşımaq istəyən taksi sürücülərinin nəzərinə

Avtomobilləri ilə sərnişin daşımaq istəyən taksi sürücülərinin nəzərinə

Bölmə: Sosial
Avtomobilləri ilə sərnişin daşımaq istəyən taksi sürücülərinin nəzərinə
Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirmək üçün fərqlənmə nişanının alınması məqsədilə taksi sürücüləri ilə maarifləndirici söhbətlər aparır.

Xalqİnfo.az xəbər verir ki, bu barədə Trend-ə BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

M.Ağayev bildirib ki, hazırda bu tədbirlər əsasən metro çıxışlarında, həmçinin taksilərin kompakt dayandıqları digər ərazilərdə aparılır. O qeyd edib ki, mətbuat vasitəsi ilə də taksı sürücülərinə müraciət olunur.

M.Ağayev vurğulayıb ki, aparılan tədbirlər artıq öz nəticəsini verir, taksi sürücüləri bu məsələni müsbət qarşılayır və fərqlənmə nişanının alınması üçün böyük maraq göstərirlər.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler