» » Rayonda pambıq sahəsi genişləndirildi -

Rayonda pambıq sahəsi genişləndirildi - Fotolar

Bölmə: Sosial
Rayonda pambıq sahəsi genişləndirildi -
Zərdab rayonunda 832 hektar sahədə pambıq əkilib.

"XalqInfo" bildirir ki, Rayon icra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, pambıq emalı müəssisələri, o cümlədən “ÇTZ-Aqro” MMC (276,0 ha), “MKT İK” MMC (452,0 ha), “Zərdab-pambıq” ATSC (82,0 ha) ilə istehsalçılar arasında pambıq əkini üzrə müqavilələr bağlanılıb, 22 hektar sahədə fərdi qaydada pambıq əkilib.

Xəbərdə bildirilir ki, həyata keçirilən aqrotexniki tədbirlər nəticəsində sahələrdə bol məhsul yetişdirilib, bu sahədə 312 mövsümi iş yeri yaradılıb. Artıq pambıq yığımına başlanılıb, bu günədək 170 tona qədər pambıq yığılıb.

Növbəti ildə 3000 ha sahədə pambıq əkilməsi və 6000 ton pambıq tədarük edilməsi nəzərdə tutulub. Artıq 300 hektara qədər pambıq şumu qaldırılıb.

Fermer təsərrüfatının rəhbəri Mirnamiq Aslanovun sözlərinə görə, pambıq yığımına yenicə başlayıblar, hər gün sahələrdə 30-40 nəfər əl ilə pambıq yığır: "Təsərrüfat işləri başlayandan 40 nəfər müvəqqəti iş yeri ilə təmin edilib. Bu günədək 20 ton pambıq yığılıb, mövsümün sonunadək 100 ton pambıq yığmaq üçün çalışırıq. Pambıqçılardan Şəmmədova Fəridə, Hüseynova Roza, Xəlilova Nüfuzə, Səfərova Gülşən hər biri gün ərzində 100 kq-dan çox pambıq yığırlar. Prezident İlham Əliyevin pambıqçılığın inkişafı məsələləri ilə bağlı Sabirabad rayonunda keçirilən müşavirədəki nitqində qarşıya qoyduğu vəzifələr və pambıq məhsulunun hər kiloqramına 0,1 manat subsidiya verilməsi barədə sərəncamından ruhlanaraq 2017-ci ildə 100 hektar sahədə pambıq əkməyi qərara almışam. Çalışacam ki, rayonumuzda pambıqçılığın inkişafına mənim rəhbərlik etdiyim fermer təsərrüfatı da öz layiqli töhfəsini versin. İnanıram ki, pambıq istehsalı sahəsində elə yüksək nəticələr əldə edəcəyik ki, Prezidentin təsis edəcəyi “Əmək” ordeninə gələcəkdə nə vaxtsa layiq görülmək üçün namizədliyim irəli sürüləcək".


XalqInfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler