» » Dərman satan şirkətlərə xəbərdarlıq

Dərman satan şirkətlərə xəbərdarlıq

Bölmə: Sosial, MANŞET
Dərman satan şirkətlərə xəbərdarlıqSəhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin “Dərmanların keyfiyyətinin yoxlanılması laboratoriyası”nda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidməti tərəfindən inspeksiya keçirilib.


Xalqinfo.az Oxu.Az nazirliyə istinadən verdiyi məlumata əsasən xəbər verir ki, laboratoriyanın dərman vasitələrinin sınağının həyata keçirilməsi üçün (AZS İSO/İEC 17025:2009) - “sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartlarına uyğun akkreditasiya olunmasını təsdiq edən növbəti 3 il üçün (AZ 01.0116.01.16 saylı) akkreditasiya attestatı verilib.

Dərman vasitələrinin istifadə təlimatında aşkar edilmiş çoxsaylı nöqsanlarla bağlı cari ilin iyun ayında 60-a yaxın idxalçı müəssisənin nümayəndələri ilə birlikdə geniş tərkibdə görüş keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. İdxal olunan dərman vasitələrinin saxlanc yerləri barədə də 40-a yaxın topdansatış əczaçılıq subyektinin nümayəndəsinin iştirakı ilə daha bir görüş keçirilib.

Dərman vasitələrinin saxlanıldığı yerlərlə bağlı aşkar olunan nöqsanlar bildirilib və aradan qaldırılmayacağı təqdirdə, müvafiq tədbirlərin görüləcəyi barədə mütəxəssislərə xəbərdarlıq edilib.

Gələcəkdə dərman vasitələrinin saxlanc yerlərində xüsusi ötürücü qurğuların quraşdırılması nəzərdə tutulur.



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler