» » Azərbaycan ilə İran arasında daha

Azərbaycan ilə İran arasında daha iki təyyarə reysi açılır

Bölmə: Sosial, BLOK XƏBƏR
Azərbaycan ilə İran arasında daha  Məşhəd-Bakı-Məşhəd və Şiraz-Bakı-Şiraz təyyarə reyslərinin açılması istiqamətində işlər yekunlaşmaq üzrədir.

Xalqinfo.az APA-a istinadən xəbər verir ki, bunu İRNA informasiya agentliyinə müsahibəsində İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

Cari ilin payızında bu reyslərlə ilk azərbaycanlı turistlərin Məşhəd və Şiraz şəhərlərinə səfərləri təşkil olunacaq.

İlk dəfə olaraq Naxçıvan-Məşhəd qatarının da payız aylarında istifadəyə veriləcəyi gözlənilir.

M.Pakayin qeyd edib ki, hazırda Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi davam edir.

Bu körpü hər iki ölkənin dəmir yolları sistemlərini birləşdirəcək və Şimal-Cənub nəqliyyat dəhlizinin əsas hissəsini təşkil edəcək.

Xatırladaq ki, bir müddət əvvəl Tehran-Bakı-Tehran təyyarə reysi istifadəyə verilib.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler