» » Ləğv olunmuş marşrut xətləri

Ləğv olunmuş marşrut xətləri yenidən bərpa edilib

Bölmə: Sosial, BLOK XƏBƏR
Ləğv olunmuş marşrut xətləri  İyunun əvvəlində bağlanan 18 və 96 nömrəli marşrutlar yenidən xəttə buraxılıb.

Bir neçə gün əvvəl xəttdən çıxarılmış avtobusların fəaliyyətinin bərpa edilməsinin səbəbini öyrənmək üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.


Xalqinfo.az bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Publika.az-a adıçəkilən avtobusların yenidən xəttdə buraxılması ilə bağlı məsələyə mövqe bildirmək istəmədiklərini dedi.

Qeyd edək ki, iyunun 9-da Bakı Nəqliyyat Agentliyi 16, 18 və 96 saylı marşrut xətlərinin tələblərə cavab vermədiyini və təkrarlanan marşrut xətləri hesab olunduğunu əsas gətirərək bağlandığını elan etmişdi.

Bu avtobusların təkrar bərpa edilməsinin səbəbi isə açıq qalıb.

Qeyd edək ki, həmin marşrutlar "Xaliq Faiqoğlu" MMC-yə məxsusdur.






Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler