» » İlham Əliyev həmkarını təbrik edib

İlham Əliyev həmkarını təbrik edib

Bölmə: Sosial, MANŞET
İlham Əliyev həmkarını təbrik edibAzərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

Oxu.Az-a istinadən təbrik mətnində deyilir:
Xalqinfo.az
“Sizin rəhbərliyinizlə Rusiya Federasiyası dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsində, səmərəli iqtisadiyyat qurulmasında sanballı uğurlar qazanıb. Siyasi, sosial-iqtisadi həyatda ardıcıl dəyişikliklər, cəmiyyətdə həmrəylik və sabitlik, fəal xarici siyasət kursu Rusiyanın beynəlxalq nüfuzunun güclənməsi üçün etibarlı zəmin olub.

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərin yüksək səviyyəsi, bütün sahələrdə əməkdaşlığımızın dinamik və hərtərəfli inkişafı xüsusi məmnunluq doğurur.

Əminəm ki, birgə səylərimiz bundan sonra da ölkələrimizin strateji tərəfdaşlığının və çoxplanlı qarşılıqlı fəaliyyətinin daha da genişlənməsinə, xalqlarımız arasında möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinin möhkəmlənməsinə yönələcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiyanın bütün dost xalqına isə sülh və əmin-amanlıq arzulayıram”.






Kainat Şirin

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler