» » Bu avtobusların hərəkət bu səbəbdən istiqaməti dəyişir

Bu avtobusların hərəkət bu səbəbdən istiqaməti dəyişir

Bölmə: Sosial, BLOK XƏBƏR
Bu avtobusların hərəkət bu səbəbdən istiqaməti dəyişir“Formula-1” üzrə Avropa Qran-pri yarışının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə bu gündən Neftçilər prospektinin Azneft dairəsi tərəfdən – Dövlət Bayrağı Meydanı və həmin istiqamətdən bütün avtomobillərin girişinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

Xalqinfo.az bildirir ki,Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın Publika.az-a verdiyi məlumata görə, nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və 20-ci sahə qəsəbələri istiqamətində gedən 5-6-124-88-195-53 saylı marşrut xətləri üzrə hərəkət edən avtobus sürücüləri alternativ variant olaraq Afiyyədin Cəlilov – Yusif Səfərov, Yusif Səfərov – 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.

Bakı Nəqliyyat Agentliyi sürücülərə bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.






Kainat Şirin




Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler