» » Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTOLAR)

Bölmə: Sosial, BLOK XƏBƏR
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıbİyunun 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və “Azərsu” ASC-nin birgə təşkil etdikləri “Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Xalqinfo.az Azertag.az-a istinadən bilidirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan AZƏRTAC-a bildirilib ki, mükafatlandırma mərasimi “Azərsu” ASC-nin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində keçirilib.

Tədbirdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Fondun icraçı direktoru Vüqar Səfərli, habelə ölkənin 30-dək aparıcı kütləvi informasiya vasitəsinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə əsaslı yenidənqurmadan çıxmış Kompleksin fəaliyyəti, habelə Ceyranbatan su anbarından əhaliyə verilən suyun təmizlənmə prosesi ilə tanış olublar.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov son illər əhalinin keyfiyyətli su ilə təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, bu sahədə müasir infrastruktur və texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. O, 2015-ci ilin oktyabr ayında istifadəyə verilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin texniki imkanlarına görə dünyada mövcud olan analoji nəhəng qurğularla birgə ilk dördlükdə qərarlaşdığını bildirib. “Azərsu” ASC-nin sədri Samur-Abşeron kanalından qidalanan Ceyranbatan su anbarının, eləcə də sutəmizləyici qurğular kompleksinin Sumqayıt şəhərinin və Abşeron yarımadasının içməli su ilə təchizatında böyük paya malik olduğunu qeyd edib.

Q.Hüseynov daha sonra Fondla birgə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin ölkənin su təsərrüfatının müasirləşdirilməsi və əhalinin içməli suya tələbatının ödənilməsi istiqamətində görülən işlərin ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.

Fondun icraçı direktoru Vüqar Səfərli media nümayəndələrinin iştirakı ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində keçirilən tədbiri jurnalistlərin sözügedən müəssisənin fəaliyyəti, suyun təmizlənməsi prosesi, habelə burada quraşdırılmış müasir qurğularla əyani tanışlığı baxımından yüksək dəyərləndirib. V.Səfərli iyun ayının 5-nin ölkəmizdə “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi qeyd olunduğunu diqqətə çatdıraraq “Azərsu” ASC-nin rəhbərliyini və çoxsaylı kollektivini media nümayəndələri adından qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

İcraçı direktor Fondun təşkilatçılığı ilə 2016-cı il martın 31-də KİV rəhbərlərinin “Azərsu” ASC-də görüşünün keçirildiyini, aprel ayının 1-də isə “Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqənin elan edildiyini diqqətə çatdırıb. V.Səfərli bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda su təsərrüfatının inkişafı və infrastrukturun yenidən qurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaq, jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək və sosial vəziyyətlərini yaxşılaşdırmaq olub.

İcraçı direktor aprelin 1-dən mayın 20-dək keçirilən müsabiqəyə 51 fərdi jurnalist tərəfindən yazının təqdim olunduğunu bildirib. Qeyd edilib ki, yazılar Fondun 3 nəfər eksperti, o cümlədən “Azərsu” ASC-ni təmsil edən ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin elanında göstərilmiş şərtlərə əsasən, 6 jurnalistə əsas, 10 nəfərə isə həvəsləndirici mükafatların verilməsi qərara alınmışdı. Lakin müsabiqəyə təqdim olunan yazıların çoxluğu, habelə jurnalistlərin zəhməti nəzərə alınaraq, “Azərsu” ASC-nin sədri ilə əldə olunmuş razılığa əsasən, həvəsləndirici yerlərin sayı daha 5 ədəd qaldırılıb. Eyni zamanda, nisbətən az bal toplamış 19 nəfərin 100 manat məbləğində mükafatlandırılması qərara alındı.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Qalibləri təbrik edən V.Səfərli media ilə səmərəli əməkdaşlığa görə “Azərsu” ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirin yekununda “Azərsu” ASC-nin sədri Q.Hüseynov qurumun media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

























































Kainat Şirin

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler