» » İlham Əliyevdən həmkarlarına başsağlığı məktubu

İlham Əliyevdən həmkarlarına başsağlığı məktubu

Bölmə: Sosial, MANŞET
İlham Əliyevdən həmkarlarına başsağlığı məktubuAzərbaycan Prezidenti İlham Əliyev Parisdən Qahirəyə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı Fransa Respublikasının prezidenti Fransua Ollanda başsağlığı məktubu ünvanlayıb.

Xalqinfo.az Oxu.Az-a istinadən məktubu təqdim edir:

“Cənab Prezident, Parisdən Qahirəyə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərini kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Dövlət başçısı bu gün digər bir həmkarı Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə də başsağlığı məktubu ünvanlayıb. Məktubun mətnində deyilir:

“Cənab Prezident, “EgyptAir” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”





Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler