» » Birinci qrup əlil nazirin qəbulunda özünü doğradı

Birinci qrup əlil nazirin qəbulunda özünü doğradı

Bölmə: Sosial, BLOK XƏBƏR
Birinci qrup əlil nazirin qəbulunda özünü doğradı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində intihara cəhd hadisəsi baş verib.


"XALQİNFO" xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, hadisə mayın 29-da günorta saatlarında nazirliyin binasında qeydə alınıb. Nazirlikdə vətəndaşların qəbulu zamanı 50 yaşlı kişi naməlum səbəbdən özünə bıçaqla xəsarət yetirib. O, qəbul otağında bıçaqla bud nahiyəsini doğrayıb. Yaralı dərhal akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə yerləşdirilib.

Mərkəzdən hadisənin baş verməsi faktı təsdiqlənib. Bildirilib ki, xəstə - 53 yaşlı, əlil Rəsid Nəbiyev bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə klinikaya yerləşdirilib. Onun üzərində dərhal cərrahi əməliyyat aparılıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, R. Nəbiyevin intihara cəhd etməsinə səbəb nazirliyin əlilliyin müəyyənləşdirilməsi ilə bağlı ekspert rəyinə etiraz etməsi olub: “O birinci qrup əlil idi. Təkrar komissiyada isə onun dərəcəsi azaldılaraq 3-cü dərəcə edildi. Əlil də buna etiraz edərək, özünü doğradı”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler