» » Azərbaycanda iş adamını ağzını tikmək həddinə çatdırdılar-

Azərbaycanda iş adamını ağzını tikmək həddinə çatdırdılar- Foto

Bölmə: Sosial, BLOK XƏBƏR
Azərbaycanda iş adamını ağzını tikmək həddinə çatdırdılar-
İki mənzil üçün ödədiyi 355 min manatı ala bilməyən Qazax rayon sakini, sahibkar Elşad Məmmədov mayın 18-də rayonda kirayə yaşadığı mənzildə ağzını tikərək etiraz aksiyasına başlayıb.


“XALQİNFO” anspress-ə istinadən xəbər verir ki, bu barədə E.Məmmədov özünün Facebook səhifəsində məlumat paylaşıb.

E.Məmmədun xalası oğlu Nəsib Nəsibovun dediyinə görə, Elşad Məmmədov iki il yarım bundan əvvəl «Avesta» konserninə məxsus «Həsən-6» MTK tikinti şirkətinə 355 min manat ödəyərək iki mənzil alıb.

"Amma bir müddət sonra məhkəmədə onun iştirakı olmadan evləri ləğv olunub. İki il yarımdır xalam oğlunun döymədiyi qapı, getmədiyi ünvan, şikayət etmədiyi məhkəmə qalmayıb. Nə evlərə sahib ola bilir, nə də pulunu geri ala bilir. Ayın 16-da məsələyə Ali Məhkəmənin plenumunda baxılıb. Məsələnin növbəti plenuma saxlanılması barədə qərar çıxarılıb. Bu da haradasa 4-5 ay çəkəcək. Hesab edirik ki, bu qanunsuz qərardır. İndi bu haqsızlığa görə Elşad ağzını tikib, oturub evdə, heç kimi də içəri buraxmır", - deyə Nəsibov bildirib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler