» » Windows 10 satışlarına başlandı

Windows 10 satışlarına başlandı

Bölmə: Sosial
Windows 10 satışlarına başlandıMicrosoft yeni əməliyyat sistemi Windows 10 rəsmi olaraq bazara çıxarıldı. Yeni proqram təminatının və “onluğun” quraşdırıldığı qadcetlərin göndərilməsinə 29 iyulda başlanılıb.

Fərdi kompüterlər və planşetlər üçün nəzərdə tutulmuş əməliyyat sisteminin satışlarına eyni zamanda 190 ölkədə start verilib. Microsoft yaydığı məlumata görə, sistemin əvvəlki versiyalarının istifadəçiləri Windows 10 pulsuz əldə edə biləcək. Bunun üçün onlar sadəcə olaraq artıq quraşdırılmış Windows 7 və Windows 8.1 sistemlərini yeniləməlidir.

İlk növbədə yenilənməni əvvəlcədən müraciət etmiş istifadəçilər əldə edə biləcək. Lakin sonradan yeni versiyanı hətta əvvəlki versiyalara görə pul ödəməyənlər də, yəni “piratlar”da əldə edə bilər. Həmçinin bildirilir ki, Windows 10 ekran diaqonalı 9 düymdən az olan mobil cihazlara da pulsuz təqdim olunacaq.

Qeyd edək ki, əvvəllər Microsoft bu yolla pulsuz “onluğun” dünyada yüz milyonlarla insanın əldə etməsini proqnozlaşdırıb. Şirkət tərəfindən yayılan məlumata əsasən, Windows 10-dan narazı qalan istifadəçilər ondan imtina edə və “köhnə” lisenziyanı saxlamaqla əvvəllər istifadə etdikləri əməliyyat sisteminə qayıda bilər.
Windows 10 satışlarına başlandı










Microsoft yeni əməliyyat sistemi Windows 10 rəsmi olaraq bazara çıxarıldı.
Windows 10 satışlarına başlandı











Windows 10 sistemi



Kainat Şirin



Mənbə
sizinyol.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler