» » Xızıda yaylaq yanır

Xızıda yaylaq yanır (YENİLƏNİB)

Bölmə: Sosial, BLOK XƏBƏR
Xızıda yaylaq yanır Xızıda yaylaqda başlayan yanğın meşəyə keçdi. Xalqinfo.az bildirir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dizəvər yaylağında baş vermiş yanğın küləkli hava şəraiti ilə əlaqədar daha geniş ərazini əhatə edib.

Alov qismən meşə fondu torpaqlarına keçib və kol-kos yanğına məruz qalıb. Yanğının daha geniş əraziyə keçməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları ciddi tədbirlər görür.

Qeyd edək ki, hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, Nazirliyin 50 nəfərlik heyəti də Xızı rayonuna yola düşüb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Saat 15:24
Azərbaycanda yaylaq yanır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın saat 12 radələrində Xızı rayonunun Dizəvər aylağında başlayıb.

Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısının alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda meşə fondu ilə sərhəd olan yaylaqda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ işlər davam etdirilir.

Xatırladaq ki, son bir neçə gündə ölkə ərazisində həddindən artıq qızmar hava şəraiti müşahidə edilir. Bir neçə gün öncə Qəbələ rayonu ərazisində meşə massivində yanğın barədə məlumat yayılmışdı.

Azərbaycanda yay mövsümündə meşələrin yanğınlardan mühafizəsini təmin etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdaqlır edir və daha ehtiyatlı olmağa səsləyir.

Nazirlik havaların qurak keçməsi ilə əlaqədar yanğın təhlükəsinin artdığını bildirir. “Qeyd edək ki, son zamanlar havaların isti və quraq keçməsi, habelə taxıl biçini ilə əlaqədar olaraq meşələr və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların baş vermə ehtimalının artması halını nəzərə alaraq nazilrik tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir və bu proses davam edəcək", deyə nazirlikdən bildirilib.

Ötən ildə Azərbaycanda güclü meşə yanğınları qeydə alınıb. Xüsusilə Qəbələ, İsmayıllı və Lerik rayonunda baş verən yanğınlar meşə fonduna böyük ziyan vurub.

Kainat Şirin

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler