» » Millət vəkili bayramı

Millət vəkili bayramı belə keçirdi

Bölmə: Sosial, BLOK XƏBƏR
Millət vəkili bayramıMillət vəkili Qənirə Paşayeva Ramazan bayramını kənddə müəllimlərlə keçirib.


Xalqinfo.az-ın məlumatına görə Qənirə Paşayeva və Türk Dünyası Qəzeteçiler Birliyi Başqanı Güngör Yavuzarslan Ramazan bayramına Tovuzda rayonun ən böyük kəndlərindən biri olan Dönük Qırıqlıda müəllimləri təbriklə başlayıblar.

Müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bu ilin qəbul göstəricilərin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər.

Türk Dünyası Qəzeteçiler Birliyi Başqanı Güngör Yavuzarslan çıxışında Azərbaycan və Türkiyənin bir millət və iki dövlət olduğunu deyib və Türkiyədəki qardaş-bacılarınızın Ramazan bayramı təbriklərini gətirdim deyərək onlara bütün dualarına çatmalarını diləyib.

Kainat Şirin
Mənbə
“Qafqazinfo”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler