» » Müdafiə Sənayesi Nazirliyinin zavodunda bədbəxt hadisə:1 ölü, 19 yaralı - YENİLƏNİR

Müdafiə Sənayesi Nazirliyinin zavodunda bədbəxt hadisə:1 ölü, 19 yaralı - YENİLƏNİR

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Müdafiə Sənayesi Nazirliyinin zavodunda bədbəxt hadisə:1 ölü, 19 yaralı - YENİLƏNİRŞirvan şəhərindəki zavodlardan birində qəza baş verib.


Xalqinfo.az bildirir ki, APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün saat 12 radələrində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda qeydə alınıb.


Zavodun sexlərindən birində baş verən qəza nəticəsində sexin tavan hissəsi çöküb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.


Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.


Hadisənin baş vermə səbəbləri araşdırılır. Ölən və yaralananların adları dəqiqləşdirilir.


***

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunun sexlərinin birində baş verən yanğın nəticəsində 8 nəfər xəsarət alıb.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, xəsarət alanların hamısı qadınlardır.

Onlar yanıq diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hazırda həkimlər xəstələrə ilkin tibbi yardım göstərir. Ehtiyac olarsa, onlar Bakya aparıla bilər.

Hadisə zamanı bir nəfərin öldüyü təsdiqlənib.

***

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə zamanı 19 nəfər yaralanıb. Onlar təcili tibbi yardım maşınları ilə Şirvan Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə 5 həkim briqadası gedib.

Xəsarət alanların vəziyyəti yüngül və orta-ağır qiymətləndirilir. Onlara zəhərlənmə və yüngül yanıq diaqnozları qoyulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler