» » Qarpız can ola bilər


Qarpız can ola bilər (VİDEO)

Bölmə: Sosial
Qarpız can ola bilər Vaxtından əvvəl satışa çıxarılan qarpız zəhərlənməyə səbəb ola bilərmi? Artıq bir neçə müddətdir ki, qarpız satışı həm bazarlarda, həm də marketlərdə geniş vüsət alıb. Çoxları indi qarpız yeməyin düzgün olmadığına inanır. Bəs buna səbəb nədir? ümumiyyətlə qarpız satışı ilə bağlı yoxlamalar aparılırmı?

Dədə babalarımızdan eşidmişik ki, bostan bitkiləri olan qarpız və yemiş iyul ayının sonlarında, avqust ayının əvvəllərində yetişir.

Vaxtından əvvəl bazarlarda peyda olan bu məhsullar əsasən xaricdən idxal olunur, ya da ki, istixanalarda yetişdirilir. Amma gəl ki, mövsümə uyğun yetişdirilməyən bu bitkilərin insan orqanizminə təhlükəsiz olmasına heç kəs tam əminliklə zəmanət vermir. Elə bazarda sorğu apardığımız alıcılar da piştaxtalara satışa çıxarılmış qarpızı almağa hələ ehtiyyat edirlər.

Satıcılar isə söyləyir ki, bu bostan bitkilərinə olan təlabat bir mənalı deyil. Kimi alıcı sayının çoxluğundan, kimisi isə qıtlığından danışdı.

Yüksək miqdarda gübrələnmənin nəticəsində qarpız və yemişdə nitratın artıdığını deyən mütəxəssislər onu da məsləhət görürlər ki, qarpız və yemişi iyun ayının axırı, avqustun əvvəlində almağa üstünlük versinlər.

“Əsasən qarpızın qidaya yararlıq müddəti dedikdə qarpızın tərkibində olan nitratın yol verilən miqdarı yuxarı olmaması nəzərdə tutulur. Eyni zamanda tibii olaraq qarpız əzilmış, çürümüş və formasını dəyişmiş bir şəkildə olmamalıdır. Bəzi halda qarpız ağ və çəhrayı rəngdə, eləcə də qarpızın daxilində müəyyən damarlar müşahidə olunur. Bu hall isə qarpız yetişmədiyindən xəbər verir”, - deyə Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib.

Həkimlər adətən avqust ayından tez qarpız yeməyi məsləhət görmürlər. İşdir nəfsinizə hakim ola bilməyib bu məhsuldan dadıb özünüzdə ürək bulanması, baş ağrısı, mədə və ətrafında ağrılarla, qarın işləməsi halları müşahidə etmisizsə, onda həkimə müraciət etsəniz yaxşıdır.

“Əgər qarpız xarab olarsa, bu zaman toksiki infeksiya əlamətləri ortaya çıxar. Toksiki maddələrin qana keçməsi beynin fəaliyyətinə mənfi təsirin göstərir. Bu isə qısa bir müddət ərzində insanın ölümünə yol aça bilər”, – deyə həkim Aqil Qeybulla qeyd edib.

Odur ki, hər məhsulu öz zamanında almağa çalışın. Bunu etməklə özümüzü ən azından təhlükədən sığortalamış olarıq.




Mənbə
ASN PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler