» » Bakıda kişi sürücü qadın sürücünü

Bakıda kişi sürücü qadın sürücünü söydü

Bölmə: Sosial, Kriminal
Bakıda kişi sürücü qadın sürücünü  Bakının Yasamal rayonunda sərnişin avtobusunun sürücüsü səhər saatlarında qalmaqal yaradıb.

Xalqinfo.az xəbər verir ki, hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, 77 saylı xətt üzrə hərəkət edən "Otoyol" markalı, 10 TC 854 nömrə nişanlı avtobusun sürücü qəza şəraiti yaradıb.

Hadisə Şərifzadə prospektində baş verib. Avtobus sürücüsü dayanacaqdan çıxarkən arxadan gələn xanım sürücü ilə mübahisəyə başlayıb. Mübahisə getdikcə qızışıb və davaya çevrilib.

Xanım sürücü də öz növbəsində avtobus sürücüsü ilə dalaşıb. Avtobus sürücüsü isə xanım sürücünü təhqir etməyə başlayıb. Qadının atasını söyüb.

Məsələ ilə əlaqədar 77 saylı avtobusun nəzarətində olan "4-cü blok" MMC ilə əlaqə yaratdıq. Xalqinfo.az bildirir ki,şirkətin direktoru Malik Orucovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə barədə məlumatı var. Hazırda baş verən hadisə araşdırılır və əgər avtobus sürücüsünün günahı sübuta yetirilərsə, o cəzalanacaq.

"Xanım sürücü ilə də danışıq aparılacaq. Avtobus sürücüsü yaşlı kişidir. İndi məsələni araşdıracağıq, günahı varsa, onu işdən kənarlaşdıracağıq", - deyə Malik Orucov bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler