» » Markdan ianə: 400 tələbənin təhsil pulun ödədi

Markdan ianə: 400 tələbənin təhsil pulun ödədi

Bölmə: Sosial, Dünya, KİTAB ALƏMİ, MANŞET
"Facebook"un qurucusu 400 tələbənin təhsilinə pul yatırıb.Markdan ianə: 400 tələbənin təhsil pulun ödədi

"Facebook" sosial şəbəkəsinin direktoru Mark Zukerberq "TheDream.US" fonduna 5 milyon dollar ianə edib.

Xalqinfo.az-ın məlumatına görə, adıçəkilən fond ABŞ-a qanunsuz gəlmiş tələbələrin Amerika universitetlərində təhsilini maliyyələşdirir. Bu barədə ICTnews xəbər verir.

Hazırda sözügedən fond artıq 80 milyon dollar toplamağa müvəffəq olub.

"Facebook"un direktoru tərəfindən ayrılmış maliyyə yaxın beş ildə San-Fransisko universitetlərində və Kaliforniyanın şimal hissəsində təhsil alan 400 tələbənin təqaüdünə sərf olunacaq. Zukerberq bu hərəkətini ABŞ-ın gələcəyinə investisiya adlandırıb.

"İndiki tələbələrin əksəriyyəti çoxdan ABŞ ərazisinə gəlib. Ancaq onlar zəruri mühacirət sənədlərinə malik olmadığına görə ali təhsil ala bilmir, çünki federal yardım proqramlarına girişdən məhrumdurlar", - o qeyd edib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler