» » Tovuzda iki qadını

Tovuzda iki qadını ilan sancdı

Bölmə: Sosial
Tovuzda iki qadını Ötən gecə Tovuz rayonunda iki qadını ilan sancıb. Xalqinfo.az bildirir ki,Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Mahirə Quliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, hadisə dünən axşam 20 radələrində qeydə alınıb.

Axşam saatlarında 1970-ci il təvəllüdlü Sveta Məhərrəm qızı Poladova xəstəxanaya daxil olub. Onun ayağından ilan sancıb. əstəyə dərhal ilan əleyhinə zərdab vurulub. Hazırda vəziyyəti stabildir.

Eyni vaxtda xəstəxanaya daha bir qadın ilan sancması ilə daxil olub. Xəstəxanaya gətirilən 1976-cı il təvəllüdlü Xəyalə Cavad qızı Tanrıverdiyava müayinə edilib. Məlum olub ki, ilan onun sağ əlini sancıb. Qadına dərhal zəhər əleyhinə zərdab vurulub.

Edilən müdaxilələrə baxmayaraq onun yarası ağırlaşıb. Əli get-gedə şişməyə başlayıb.

"Hazırda Bakıdan kömək çağırmışıq. GƏlib onu Bakıya aparacaqlar. Xəstənin həyatı üçün təhlükə var", - deyə Mahirə Quliyeva bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler