» » Zərərçəkən sakinlərin bu borcları silinəcək

Zərərçəkən sakinlərin bu borcları silinəcək

Bölmə: Sosial, KİTAB ALƏMİ, MANŞET
Zərərçəkən sakinlərin bu borcları silinəcəkBinəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli binada baş vermiş yanğın zamanı zərərçəkmiş bina sakinlərinin telefon borcları silinəcək.

XALQİNFO.AZ bildirir ki,ANS PRESS-in qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov söyləyib. O bildirib ki, sakinlərin telefon və internet borcları nazirlik hesabına ödəniləcək.

Nazirlik rəsmisi həmçinin əlavə edib ki, zərəçəkənlərin başqa ünvanlarda yerləşdirilməsi halında da onlara pulsuz telefon və internet xidmətləri ilə təmin olunacaqlar.

Qeyd edək ki, bundan öncə yanan bina sakinlərinin işıq və istilik təchizatı ilə bağlı borclarının silinməsi barədə aiddiyyatı qurumlar tərəfindən qərar qəbul edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler