» » Karyeraya aparan

Karyeraya aparan uğuru

Bölmə: Sosial
Karyeraya aparan “Karyera qurma” və “Peşə seçimi” mövzularında treyninq keçirilib.

Xalqinfo.az-ın məlumatına görə, mayın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Karyera qurma və peşə seçimi istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi” layihəsi çərçivəsində “Karyera qurma”, “Peşə seçimi”, “Peşə və ixtisasın fərqi” “Özünüzü kəşf edin”, “Karyerada ilkin addımlar” və s. başlıqlı mövzularda treyninq keçirilib.

Treyninqlər Qəbələ və İsmayıllı rayonlarında həyata keçirilib. Treyninqdə Qəbələ və İsmayıllı rayonunda yerləşən orta məktəblərin şagirdləri, müəllim kollektivi və Gənclər İdman İdarələrinin əməkdaşları iştirak edib.

Treyninqdə təlimçi Pənah İsmayılov çıxış edərək peşə seçimi və karyera, insan həyatında işin önəmi və yeri, peşə seçimi nədir və nə üçün önəmlidir, idarəçilik və liderlik, natiqlik, ətraf dünyanı analiz etmək, CV-lərin hazırlanması, iş yerlərinə müraciət və özünü təqdimetmə, gənclərin komanda şəklində işləmək və işgüzarlıq keyfiyyətləri və s. haqqında geniş məlumat verib. Pənah İsmayılov məktəblilərə məktəb həyatının həyatın ilk mərhələsi olduğunu lakin onları gələcək həyatlarında daha çətin və ağır işlərin gözlədiyini qeyd edib. Daha sonra o, məşhur insanlardan sitat gətirərək onların da həyatlarının çətin və əzablı yollardan keçdiyini bildirib. O qeyd edib ki, düzgün hədəf seçməyin, vaxtlarının effektli idarə olunmasının və dostlarının düzgün seçimi onlara gələcək həyatlarında çox kömək edəcək.

Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb və treyninq iştirakçılarına tədbirlə bağlı müxtəlif bukletlər, rəngli yazılı köynəklər və İsmayıl Vəliyevin layihə çərçivəsində nəşr olunmuş “Özünü Kəşf et” adlı kitabı paylanıb.

“Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər İctimai Birliyi 29 noyabr 2012-ci il tarixində dövlət qeydiyyatına alınmış və Ədliyyə Nazirliyi tərəfindən rəsmi şəkildə fəaliyyət göstərməsinə icazə verilib. Fəaliyyətə başladığı tarixdən etibarən birliyin əsas məqsədi könüllülük fəaliyyətini təbliğ etməklə vətəndaş cəmiyyətinin inkişafında gənclərin dəstəyinin artırılmasına kömək etməkdən ibarətdir. Birlik müxtəlif seminarlar, dəyirmi masa və görüşlər, konfranslar digər mədəni-kütləvi tədbirlər keçirir.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler