» » Məmur övladlarının maşınlarının seriya nömrələrinin sirri

Məmur övladlarının maşınlarının seriya nömrələrinin sirri

Bölmə: Sosial, BLOK XƏBƏR
Məmur övladlarının maşınlarının seriya nömrələrinin sirri
Firudin Qurbansoy: “Bir rəqəm o biri rəqəmdən daha etibarlıdır, qutsaldır demək düzgün deyil...”
Bir neçə gündür ki, ölkə mediasında millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədovun Bakıda aeroport yolunda bahalı maşınlarla yarışa çıxması müzakirə olunur. Aprelin 24-də isə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb ki, 10-LR-100 nömrə nişanı “Mercedes ML”, “Grand Cheroke”, “Maserati”, “BMW” və “Jaquar” maşınlarında istifadə olunub. Amma heç bir yol hərəkət qaydası pozması ilə bağlı fakt olmadığı üçün cəzalandırılmayıb.
Ümumiyyətlə, görünür ki, Məmmədovlar 100 rəqəmini çox sevirlər. Maşınlarını tez-tez dəyişib bir-birindən daha bahalısı ilə əvəz etsələr də, 100 rəqəminin yer aldığı seriya nömrəsini dəyişmirlər. Maraqlıdır nəyə görə məhz 100 rəqəmi? Məmmədovlar 100 rəqəmindən hansısa mənanı ifadə etdiyi üçünmü istifadə edirlər, yoxsa gözlərinə xoş göründüyü üçün?

Rəqəmlərin insan həyatında əhəmiyyətə malik olmasını nəzərə alaraq 100 rəqəminin eləcə də digər rəqəmlərin energetikasını öyrənmək üçün Astroloq Firudin Qurbansoya müraciət etdik.

- 100 rəqəminin xüsusi bir mənası varmı?

- Heç bir mənası yoxdur. Adi bir rəqəmdir. Ola bilər, müəyyən yerlərdə işlənə biləcək sonuncu rəqəm olduğu və ya gözə xoş göründüyü üçün ona üstünlük verirlər.

- İncil kitabında 666 rəqəmi dünyanın sonunu gətirəcək rəqəm kimi göstərilir. Bu nə dərəcədə doğrudur?

- Bu məlumat İncildə İohanın öncəgörümləri hissəsindədir. Allahın İsaya (ə) endirdiyi İncil əldə yoxdur. Onun əhatəsində olan kitabları bir yerə yığıb adını İncil qoyublar. İsa (ə) haqqında onun həvariləri oturub kitab yazıblar. Həvarilərin yazdığı kitabların əksəriyyətini 3-cü əsrdə yandırıb yalnız dördünü saxlayıblar. O dörd kitaba da İohanın İncili adını qoyublar. Bu kitabda İohanın dünyanın sonu, qiyamət günü ilə bağlı öncə görümləri yer alıb. Burada bir yer var ki, dənizdən bir bədheybət varlıq çıxacaq və onun alnında 666 rəqəmi yazılacaq. Bu varlığın insan, heyvan və ya hansısa quş olduğu qeyd edilməyib. Onun alnında yazılacaq 666 rəqəminin hansı məna daşıdığını heç kim bilmir. Bu hadqa mübahisələr çoxdur və konkretlik yoxdur. 666 rəqəminə əcbəd üsulu ilə baxanda heç bir məna bildirmir. Əcbəd sistemi yəhudilərdə də var. Onlarda da hərflərin rəqəm mənası var. 666 rəqəminə şeytan rəqəmi deyib qorxmağın heç bir mənası yoxdur. Bütün bunlar əsası olmayan inancdır.

- 7 rəqəmi ilə bağlı isə hədislərdən birində deyilir ki, hər kim səhər yeməyində 7 əl Aliyə xurması yesə, həmin gün ona nə zəhərlənmə nə sehr gəlməz. 7 rəqəmini müqəddəs hesab etmək düzgündürmü?

- 7 rəqəmi ilə bağlı hədislər çoxdur. İnsanın 7 təbəqədən ibarət olması, Yerin-göyün hərəsinin ayrı-ayrılıqda 7 hissədən ibarət olması və 7 təbəqəyə bölünməsi bəlkə də batil inancı yaradıb. 7 rəqəmi heç bir halda müqəddəs deyil. Məsələn, fatihə surəsi 7 ayədir. Ancaq Fatihə surəsində 7 rəqəmi iştirak etmir. Surədə ərəb əlifbasının 21 hərfi iştirak edir, ancaq yeddisi yox. İştirak etməyən hərflər də günah sözlərlə bağlıdır. Yəni bu hərflərlə günah sözlər başlayır. Belə götürdükdə rəqəmlərin heç bir günahı yoxdur. Məsələn, 1 rəqəmi, vahid yalnızca Allahdır. Ancaq nəyisə sayanda 1 rəqəmini işlədiriksə, 1 nəyə görə qutsal olmalıdır?! 1 pis adam da ola bilər, yaxşı da. Ən yüksək və ən aşağı səviyyəli nəyisə sayanda 1 rəqəmindən istifadə edə bilərsən. Amma bu rəqəmin üstün olmağını islam aləmində qəbul etmirlər. Düzdür, İslam aləmində cəfir adlı elm var. Cəfir sözü ərəb dilində dəri deməkdir. Deyirlər ki, dərinin üstündə dünyanın çox sirləri olan lövhi məhvuz yazıları var. Lövhi məhvuz o dərinin üstündə yazılıb və bundan da xəbər gətirilib peyğəmbərlərə və imamlara deyilən elmdir. Əli (ə) bundan çox məlumatlı idi. Bunu ona Peyğəmbər (ə) öyrətmişdi. Nəhayət, imam Cəfər Sadiq (ə) onu sistemləşdirib bir elm şəklinə salıb. Buna Cəfri-cəfəri deyirlər. Oda başdan sonadək hərflər və rəqəmlərdir. Əbcəddən xəbəri olmayanlar ona baxanda yalnız rəqəm görə bilərlər.

- İnsanlar 40 rəqəminə də müəyyən həssassızlıqla yanaşırlar. Elə insanlar var ki, 40 yaşını qeyd etmir, yeni doğulan körpəni 40 günü bitməmiş heç kimə göstərmirlər. 40 rəqəmini doğrudanmı uğursuz hesab etmək olar?

- İnsan 40 həftəyə ana bətnində tam yetişir və dünyaya gəlir, 40 günə isə çürüyür, yəni ət sümükdən ayrılır. 40 rəqəmi ilə bağlı qorxulu heç nə yoxdur.

- 13 rəqəmini niyə nəhs rəqəm adlandırırlar?

- Ümumiyyətlə, müqəddəs və şeytani rəqəmlər anlayışı yoxdur. Amma xristianlıqda 13 rəqəminə mənfi baxırlar. Çünki İsanın (ə) 13 həvarisi olub. Onlardan 13-sü satqın olub. Buna görə də 13 rəqəminə pis baxırlar.

- Numerologiya müqəddəs kitabımıza ziddirmi?

- Numerologiya sözü nömrə deməkdir. Eyni ilə cəfir elmi kimi onun Avropada qəbul edilmiş adıdır. Cəfir elminin tələbləri numerologiyada da var. Yəni hansısa rəqəmin insan taleyində oynadığı rol. Məsələn, neçənci ildə, ayda, gündə, saat neçədə dünyaya gəlmisən, bütün bunlar hesablanır, bölünür, çıxılır. Alınan rəqəmlə də insanın hansı xarakterdə olduğu haqda məlumat verilir. Burda da rəqəmlərin heç birini müqəddəsləşdirmirlər.

Ümumiyyətlə, rəqəm olmasaydı həyat olmazdı. Rəqəmlər bəşəriyyət üçün böyük rol oynayır. Ancaq bir rəqəm o biri rəqəmdən daha etibarlıdır, qutsaldır demək düzgün deyil. Rəqəmlərə mistik, qorxunc və ya xöşbəxtlik gətirən bir şey kimi baxmaq da olmaz. Çünki hər şeyi idarə edən Allah-Təaladır. Allah da insanı hansı gün, hansı dəqiqə dünyaya gətirilməsi və hansı missiya ilə yaşayacağı barədə öncədən proqramlaşdırır. İnsan özündən asılı olmayaraq o sahə ilə gedir.
Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler