» » Fövqəladə Hallar Nazirliyində ulu öndərin 92-ci ildönümü qeyd edilib(Foto)

Fövqəladə Hallar Nazirliyində ulu öndərin 92-ci ildönümü qeyd edilib(Foto)

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Fövqəladə Hallar Nazirliyində ulu öndərin 92-ci ildönümü qeyd edilib(Foto)Mayın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.

Xalqinfo.az xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov və nazirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin əməkdaşları və tədbir iştirakçıları Akademiyanın həyətindəki ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, ulu öndər Heydər Əliyevin ideyaları üzərində təməli qoyulan ölkə böyük uğurlar əldə edib. Bir neçə gündən sonra Bakıda ilk Avropa Oyunları keçiriləcək. Bu, ölkələrin Azərbaycana inamının, etibarının göstəricisidir. Azərbaycan bundan sonra da Heydər Əliyevin qoyduğu xətlə müstəqil, möhkəm addımlarla irəliləyəcək.

K. Heydərov qeyd edib ki, 2005-ci ildə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkəmizdə təbii fəlakətlərin və texnogen mənşəli qəzaların nəticələrinin aradan qaldırılması sahələrin təhlükəsiz fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır. Bu gün ölkəmizdə iqtisadiyyatda əldə olunmuş böyük nailiyyətlər və dinamik inkişafı Azərbaycanı dünyada nüfuzlu ölkələrdən birinə çevirib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib ki, Heydər Əliyevin doğum gün ümumxalq bayramı kimi qeyd olunur. O, ulu öndərin Azərbaycan xalqı və dövləti ilə yanaşı, bütün müsəlman və türk dünyası qarşısındakı xidmətlərindən də söhbət açıb.
Mənəb
AZƏRTAC
Fövqəladə Hallar Nazirliyində ulu öndərin 92-ci ildönümü qeyd edilib(Foto)
Fövqəladə Hallar Nazirliyində ulu öndərin 92-ci ildönümü qeyd edilib(Foto)
Fövqəladə Hallar Nazirliyində ulu öndərin 92-ci ildönümü qeyd edilib(Foto)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler