» » Xamneyinin İnstagramda yeniliyi:15 saniyə yox 1,5 dəqiqə

Xamneyinin İnstagramda yeniliyi:15 saniyə yox 1,5 dəqiqə

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Xamneyinin İnstagramda yeniliyi:15 saniyə  yox 1,5 dəqiqəİranın ali dini lideri Ayətullah Əli Xamneyi şəkil və video paylaşma saytı olan İnstagram-ın səhvini tapıb və ondan yararlanıb.

ANS PRESS-in məlumatına görə, sistem səhvindən istifadə edən ali dini lider qoyulan limitdən daha uzunmüddətli videolar yükləyərək paylaşıb. Belə ki, 2013-cü ildən tətbiq edilən yeni qaydaya əsasən, instagram-da 15 saniyədən artıq davam edən videoları paylaşmaq mümkün deyil. Lakin Xamneyi öz hesabında 15 saniyədən daha uzun - 1,5 dəqiqəlik videolar yükləyə bilib.

Bu, iranlı istifadəçilərin də marağına səbəb olub. Bəziləri hətta instagram-ın Xamneyi üçün ayrıseçkilik etdiyini də deyib. Xamneyiyə verilən bu "möhtəşəm hədiyyə"ni görən Pouria Zeraati adlı müxbir də öz tvitter hesabında ona müraciət edərək "hörmətli lider, bu sehirli kodunuzu bizimlə də paylaşa bilərsinizmi?" yazıb.

Lakin tezliklə instagram rəsmiləri "Guardian" qəzetinə müsahibələrində bu məsələyə aydınlıq gətiriblər. Onlar bunu belə izah ediblər ki, istifadəçilərin 15 saniyədən daha uzun video yükləyə bilməsi sistem səhvidir və bu səhv tezliklə həll edilib. Xamneyi də həmin sistem səhvindən istifadə edərək videolar yükləyib.

Lakin sistem səhvi aradan qaldırılsa da, Ayətullah Əli Xamneyinin ofisi tərəfindən idarə edilən instagram hesabındakı uzun videolar hələ də qalmaqdadır.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler