» » İmamzadə Ziyarətgah Kompleksində

İmamzadə Ziyarətgah Kompleksində təmir yekunlaşır(Video)

Bölmə: Sosial
İmamzadə Ziyarətgah Kompleksində Gəncədə yerləşən İmamzadə Ziyarətgah Kompleksində təmir işləri yekunlaşmaq üzrədir.

Xalqinfo.az-ın məlumatına görə, VII əsrdə inşa edilmiş Gəncə İmamzadə Ziyarət Kompleksində aparılan təmir-tikinti işlərinin təxminən 80 faizi başa çatdırılıb. Ziyarətgahın ərazisində məscid, mehmanxana, qurbangah və ziyarətgahdan ibarət olan 4 yeni tikili inşa edilib. Kompeksin içərisində inşa olunan mehmanxana istifadəyə tam hazırdır. Namaz otaqları və mərasim zalının da tikintisi yekunlaşıb. İçəridə kişilər və qadınlar üçün ayrı məscidlər də yer alıb. Tarixi memarlıq abidəsinin əsas hissəsi isə restovrasiya olunub. Tikinti bərpa - işlərini yerli mütəxəsisslər aparır. İşlər tam yekunlaşadan sonra minarələrin üstündə qızıl suyuna çəkilmiş ayparalar qoyulacaq

İş icraçısı Rafiq Mehraliyev deyir ki, işin böyük bir hissəsi görülüb. İmamzadənin təmirdən sonra beynəlxalq səviyyəli ziyarətgah olması nəzərdə tutulur. Burada yer alan otel də artıq hazırdır və qonaqları qəbul edə bilər. Ziyatəgahın özündə isə restovrasiya işləri tam başa çatıb.

Təmir işləri aparılmasına baxmayaraq buraya ziyarətə gələnlər də olur. Təxminən iki aydan sonra Gəncə İmamzadə Ziyarətgah Kompleksində aparılan təmir və bərpa işləri başa çatdırılacaq. Bundan sonra ziyarətgah yerli və xarici zəvvarların üzünə açıq olacaq.

Gəncə İmamzadə Pirində V İmam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub. Əvvəllər yalnız ziyarətgah kimi fəaliyyət göstərən dini kompleksdə yenidənqurmadan sonra kitabxana, muzey, dini konfransların keçirilməsi üçün zallar da fəaliyyət göstərəcək.


Mənbə
ANS TV

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler