» » Bakıda pulsuz taksilər

Bakıda pulsuz taksilər olacaq

Bölmə: Sosial
Bakda yeni taksi xidməti faəliyyətə başlayacaq. Xalqinfo.az bildirir ki,bu barədə Nəqliyyat Nazirliyinin “Bakı Taksi Xidməti” MMC-nin direktoru Elçin Nəsirov ANS PRESS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni taksi xidmətinin təşkil olunması üçün qurum tərəfindən 500 “London taksisi ayrılıb. Həmin taksilər Bakıda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində qüsursuz xidmət göstərəcək.

Bunun üçün ayrılan taksilər Avropa Oyunları Təşkilat Komitəsinin ixtiyarında olacaq. Xidmətləri göstərmək üçün təcrübəli və peşəkar sürücülər də ayrılıb. Həmin sürücülər dil kursları keçiblər. Əlavə olaraq onlara müştərilərlə rəftar və digər treninqlər keçirilib. Bundan əlavə olaraq, müştərinin lazımı ünvana tez və təhlükəsiz çatdırılması üçün lazımı təcrübi praktika keçirilib.

“Ən əsası isə həmin taksilərin pulsuz xidmət göstərilməsidir. Həmin taksilər oyun iştirakçılarına, qonaqlara və təşkilat komitəsinin təyin etdiyi şəxslərə pulsuz xidmət göstərəcək. Bundan başqa, Avropa Oyunlarına buraxılış vərəqəsi olanlar da həmin taksilərin xidmətindən iştirak edə biləcəklər”, - deyə Elçin Nəsirov bildirib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler