» » "Ali məktəblərdə 30 yaşa qədər elmlər doktoru yoxdur" -

"Ali məktəblərdə 30 yaşa qədər elmlər doktoru yoxdur" - nazir

Bölmə: Sosial
"Ali məktəblərdə 30 yaşa qədər elmlər doktoru yoxdur" -“Bu gün dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur”.


apa-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Doktorantların və gənc tədqiqatçıların XIX respublika elmi konfransında çıxışı zamanı deyib. O bildirib ki, ali məktəblərdə yaşı 61-dən yuxarı olan elmlər doktorlarının sayı 64% təşkil edir.

Fəlsəfə doktoru üzrə vəziyyətə gəlincə, nazir qeyd edib ki, ali məktəblərdə yaşı 30-a qədər olan fəlsəfə doktorlarının faizi 0,17 %-dir, 61 yaşdan yuxarı olan fəlsəfə doktorları isə 38% təşkil edir. Bunu təhsil sistemi üçün mühüm problem sayan M. Cabbarovun fikrincə, gənc alimlərin, tədqiqatçıların elmə meylli olan istedadlı gənclərin təhsil sisteminə cəlb edilməsi üçün yollar axtarılmalıdır: “Gənc tədqiqatçıların peşəkar inkişafı üçün bütün resurslardan istifadə etməliyik. Dövlət çərçivəsində bu istiqamətdə bütün müvafiq işlər görülür. 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunda doktorantura ali təhsilin ən yüksək pilləsi kimi qəbul edilib. Bu gün Təhsil Nazirliyi sisteminə daxil olan 27 ali məktəb və elmi-tədqiqat müəssisəsində Azərbaycanda fəaliyyət göstərən kadr potensialının 50%-ə yaxın formalaşıb. Təhsilsiz elm, elmsiz təhsil ola bilməz. Artıq ənənəvi olan maksimum elmi bilik fəlsəfəsindən optimal biliyə prinsipini əsas tutmaq vaxtı çatıb. Praktiki elmi biliklərin təhsil sistemində tədris edilməsinin axtarışında olmalıyıq. Bu gün təhsil sistemində fəaliyyət göstərən müəllim-pedaqoji heyətin tərkibinə baxdıqca bugünkü səviyyə, gənclərin bu sahədəki iştirakı bizi qane edə bilməz. Qarşıda duran çağırışlardan biri də onların sayının və keyfiyyətinin artırılmasıdır”.

Mikayıl Cabbarov deyib ki, bu gün mövcud olan vəziyyətin bir neçə səbəbləri var. Onun sözlərinə görə, ən əsas səbəb son onilliklərdə cəmiyyətin bir sosial iqtisadi quruluşdan digərinə keçididir. Belə olduğu şəraitdə dəyərlərin, təhsil alanların və onların yerinə qərar verənlərin qərarlarının dəyişməsi müşahidə edilib və bunlar da təhsilin müxtəlif pillələrinə müəyyən mənada təsir edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler