» » Milli Məclisin yaz sessiyası işə başladı

Milli Məclisin yaz sessiyası işə başladı

Bölmə: Sosial
Milli Məclisin yaz sessiyası işə başladıAzərbaycan Milli Məclisinin yaz sessiyası bu gün öz işinə başlayıb
trend-in məlumatına görə, əvvəlcə Azərbaycanın dövlət himni oxunub.

Yaz sessiyasının ilk iclasının gündəliyinə Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi haqqında qərar, Milli Məclisin 2015-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında qərar, Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsi, "Azərbaycan Respublikasının Hökuməti ilə Macarıstanın Hökuməti arasında hava əlaqəsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi, "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi qanun layihəsi, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi, "Reklam haqqında" Azərbaycan Respublikası Qanunu layihəsinin müzakirəsi və qəbul edilməsi daxildir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler