» » Almaniyada erməni yalanlarına dair konfrans keçirilib

Almaniyada erməni yalanlarına dair konfrans keçirilib

Bölmə: Siyasət
Almaniyada erməni yalanlarına dair konfrans keçirilibAlmaniyada erməni yalanlarını ifşa edən seminar və konfranslar keçirilib. lent.az-ın məlumatına görə, tədbirlər Almaniya parlamentinin və Avropa Parlamentarilər Məclisinin keçmiş üzvü, professor Hakkı Keskinin sədrlik etdiyi Almaniyadakı Türk-Azərbaycan Birliyinin təşkilatçılığı ilə baş tutub.
Millət vəkili, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış “Azərbaycanlılara qarşı soyqırım tədqiqatları” komissiyasının “Azərbaycanlılara qarşı soyqırım siyasəti” işçi qrupunun rəhbəri, professor Musa Qasımlının həmin toplantılarda arxiv mənbələri və sənədli mənbələr əsasında “Erməni iddiaları və ən mötəbər arxiv mənbələri əsasında gerçəklər” və “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar” mövzularında etdiyi məruzələr maraqla qarşılanıb.
Professor çar Rusiyasının və sovet dövlətinin rəsmi sənədləri əsasında tarixdə “erməni soyqırımı” deyilən bir şeyin olmadığını, əslində soyqırımı erməni silahlı dəstələrinin və Ermənistanın törətdiyini vurğulayıb.
Seminar və konfranslarda professor Hakkı Keskin “İngilislərin “Malta istintaqı”, Avropa İnsan Haqları Məhkəməsinin qərarı və erməni iddialarına qarşı lazım olan strategiyalar”, Almaniyadan doktor Əli Söləməzoğlu “1915-ci ildə Anadoluda nə oldu? Xarici mənbələr əsasında bir araşdırma” və “Erməni soyqırım iddialarına qarşı həqiqətləri necə müdafiə edə bilərik?” adlı maraqlı məruzələr ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler