» » Musavatçını "ucuz aksiya azarkeşi adlandırdı"

Musavatçını "ucuz aksiya azarkeşi adlandırdı" - foto

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
 Musavatçını "ucuz aksiya azarkeşi adlandırdı"

“Bu gün Məhsul stadionunda saxtakar başqan Arif Hacılının "siyasi məhbuslara dəstək" pərdəsi altında inaqurasiya-üzəçıxartma mərasimi keçiriləcək. “Siyasi məhbuslar”a gerçəkdən dəstək verən sanballı bir Dəyirmi Masa təşkil edib, ölkənin ciddi siyasi təşkilatlarını və əcnəbi diplomat korpusunu bir araya gətirərdi”.


Xalqinfo.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Müsavat Partiyasının başqanlığa keçmiş namizədi Səxavət Əlisoy özünün “facebook” hesabında bildirib.

O qeyd edib ki, bunu etməyə saxtakarın intellektual potensialı, siyasi arenada mənfi imici imkan vermir:

“Problem həm də ondadır ki, onun ətrafında olanların əksəriyyəti eynən özü kimi ucuz aksiya azarkeşləridir. Bu zehniyyət sahibləri qurultaydan sonra Səbail rayonu üçün feysbukda saxta sədr seçkisi keçirdi, İkram İsrafilin oğlu üçün məlum biabırçı bir bəyanata imza atdı və bu gün “üzəçıxartma” mərasimi düzənləyiblər. Sabah daha kaloritli saxtakarlıq şoularının şahidi olacaqsınız, inşallah”,-deyə Səxavət Əlisoy yazıb.

Müsavat Partiyası bu gün “Məhsul” stadionunda icazəli mitinqini keçirəcək.

Qeyd edək ki, Arif Hacılının Müsavat başqanı olmasına etiraz edən Səxavət Əlisoy partiyanın siyasi xəttinə zidd hərəkətlər etməkdə ittiham olunaraq təşkilat sıralarından xarici edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler