» » Ermənistanda parlament seçkiləri: Paşinyanın partiyası liderdir (Yenilənir)

Ermənistanda parlament seçkiləri: Paşinyanın partiyası liderdir (Yenilənir)

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Ermənistanda parlament seçkiləri: Paşinyanın partiyası liderdir (Yenilənir) 21.06.2021 (00:35) Ermənistan Mərkəzi Seçki Komissiyası 129 seçki məntəqəsinin nəticələrini açıqlayıb. Musavat.com xbər verir ki, ümumilikdə isə seçki məntəqələrinin sayı 1988-dir. Hakim Mülki Müqavilə təşkilatı 61,6 faizlə irəlidə gedir. Sabiq prezident Robert Köçəryanın "Ermənistan" bloku - 17,87 faizə sahibdir. Eks-prezident Serj Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın "Mənim qürurum var" bloku - 5,88 faizlə üçüncü yerdədir. “Çiçəklənən Ermənistan” isə 5.05 faiz səsə sahibdir. Bu barədə Ermənistanın “PanARMENIAN.Net ” saytı xəbər yayıb. **** Ermənistan Mərkəzi Seçki Komissiyası Ermənistandakı erkən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Musavat.com xəbər verir ki, 80 seçki məntəqəsində səslər aşağıdakı kimi bölünüb: İqtidar partiyası-"Mülki müqavilə" - 58.04% (6107 səs) Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan ittifaqı'' - 22.01% (2316) Serj Sərkisyanın rəhbərlik etdiyi "Şərəfim var" bloku isə- 5.66% (506) səs toplayıb. **** Ermənistan Mərkəzi Seçki Komissiyası bildirib ki, bu gün keçirilən erkən seçkilərdə seçicilərin 49.4 faizi və ya 1.281.174 vətəndaş iştirak edib. Rusiyanın keçirdiyi sorğulara əsasən, Robert Köçəryanın seçkidən qalib çıxma ehtimalı yüksəkdir. Ancaq Qərbə bağlı sorğu mərkəzləri isə Nikol Paşinyanın qalib gələcəyini bildirirlər. Hələ ki, seçkinin rəsmi nəticələri açıqlanmayıb. *** Ermənistanın “armenpress.am” saytı xəbər verir ki, yerli vaxtla saat 20:00-da Ermənistanda keçirilmiş seçkilər rəsmən başa çatıb. Səslərin sayılması prosesinə start verilib. *** Fransanın “france24.com” saytı xəbər verir ki, Ermənistanda keçirilən erkən seçkilərdə güclü rəqabət yaşanır. Robert Köçəryan və Nikol Paşinyanın bu seçkidən qalib çıxmaq şansı var. Yerli konstitusiyaya görə, seçkidən qalib çıxan siyasi güc 6 gün ərzində hökuməti formalaşdırmalıdır. Əks təqdirdə, Ermənistanda təkrar seçkilər keçiriləcək. *** “Reuters” agentliyi bildirir ki, 44 günlük müharibədən sonra Ermənistanda erkən seçkilər keçirilir. Ermənistan hökuməti müharibədəki biabırçı məğlubiyyətdən sonra ölkədə yaranmış siyasi böhranı aradan qaldırmaq üçün erkən seçkilərə qərar verdi. Seçki ərəfəsində keçirilmiş sorğular göstərir ki, rəqabət əsasən Nikol Paşinyan və Robert Koçəryan arasında gedəcək. “Gallup” Beynəlxalq Sorğu Mərkəzinin iyunun 7-10 arası apardığı sorğulara əsasən Köçəryanın “Ermənistan Alyansı” bloku 24.1, Paşinyanın “Vətəndaş Müqaviləsi” təşkilatı isə 23.8 faizə səs toplaya bilər. “Reuters” yazır ki, Rusiya prezidentinin mətbuat katibi cümə günü bildirib ki, yaxın müttəfiqimiz və tərəfdaşımız olan Ermənistanda uğurlu seçki keçirilməsini arzulayırıq. Agentlik bildirir ki, Ermənistan-Azərbaycan müharibəsində sonuncuya dəstək vermiş Türkiyə də Ermənistanda keçirilən seçkiləri yaxından izləyir. Xəbərdə o da vurğulanır ki, Robert Köçəryan əslən Dağlıq Qarabağdandır. 2008-ci ilin martında Ermənistanda ciddi mübahisələrə səbəb olan seçkilər keçirildi. O vaxt Robert Köçəryan prezident idi. O, ölkədə fövqəladə vəziyyət elan etdi. Etirazçılarla polis arasındakı qarşıdurma zamanı isə 10 nəfər həyatını itirdi. *** “BBC” Ermənistanda keçirilən seçkilərlə bağlı geniş reportaj hazırlayıb. Seçici Anahit Kazaryan deyir: "Keçmiş lideri istəmirəm, indiki rəhbərdən də bezmişəm. Mən elə bir namizədə səs vermək istəyirəm ki, o, bizim sülh içində yaşamağımızı təmin etsin. Elə bir ölkə yaratsın ki, orada bizim uşaqların gələcəyi olsun”. “BBC” qeyd edir ki, 44 günlük müharibədə Ermənistan 4 min nəfər hərbçi itirib. Erkən seçkilər Azərbaycan qarşısında acı məğlubiyyətə uğramış belə bir ölkədə keçirilir. Ona görə də seçicilər arasında kəskin fikir ayrılığı var. *** Türkiyənin “trtworld.com” saytı yazır ki, Ermənistanda keçirilən erkən parlament seçkisində bu ölkənin 3 sabiq prezidenti 46 yaşlı Nikol Paşinyana qarşı mübarizə aparır. Türkiyə saytı da bildirir ki, Ermənistanda qələbəyə iddialı əsasən iki namizəd var: Robert Köçəryan və Nikol Paşinyan. Onlar arasında çoxdan başlanmış qarşılıqlı ittihamlar hələ də davam edir. Seçkidən sonra da bu ittihamların yenidən vüsət alacağı gözlənilir. *** Qətərin məşhur “aljazeera.com” televiziya saytı xəbər verir ki, Baş nazir Nikol Paşinyan seçkidən sonra jurnalistlərin sualına cavab verməyib. Ancaq o, Facebook səhifəsində bunları yazıb: “Dövlətimizin və xalqımızın gələcəyinə, Ermənistanın inkişafına səs verirəm”. “Aljazeera” bildirir ki, seçkinin nəticəsi ilə bağlı konkret nəsə demək çətindir. Bilinən odur ki, əsas rəqabət Nikol Paşinyan və eks-prezident Robert Köçəryanın tərfdarları arasında gedir. Media orqanı bildirir ki, Ermənistanda birləşdirici fiqur kimi görünən prezidenti Armen Sarkisyian bəyan edib ki, “nifrət və düşmənçiliyi qızışdıran” cəhdlər rədd edilməlidir. O, hüquq mühafizə orqanlarını istənilən qanun pozuntusunun qarşısını almağa çağırıb. *** “Yeni Müsavat” olaraq Ermənistanda keçirilən erkən parlament seçkilərini yaxından izləyirik. Seçki zamanı baş verən diqqətəlayiq bütün olayları oxucularımıza çatdırmağa çalışacağıq. Davam edən seçkini bundan sonra da yaxından təqib etməyə çalışacağıq. Ermənistan cəmiyyəti parça-parça Səsvermədən sonra eks-prezident Serj Sərkisyan deyib: “Bizim əsas vəzifəmiz parçalanmış cəmiyyəti bir araya gətirməkdən ibarətdir”. Məncə, Ermənistan cəmiyyətini bir araya gətirmək mümkün olan iş deyil. Çünki erməni xalqı fərqli ideoloji cəbhələrdə yer alıb. Və hər bir tərəf ancaq özünü haqlı sayır. Qarşı tərəfi isə heç eşitmək belə istəmir... Ter-Petrosiyan-Azərbaycanla rahat anlaşacaq tək erməni lider Ter-Petrosyan Ermənistanda Azərbaycanla rahat anlaşa biləcək tək siyasi liderdi. Ancaq ən optimist proqnozlara görə belə onun partiyasının seçkidə hər hansı uğur qazanacağı gözlənilmir. Niyə bilədir? Dəqiq bilmirəm. Elə bil ki, ermənilər sol qulaqlarını qaşımaq üçün sağ əllərini boyunlarının arxasına keçiriblər. Talışlar demişkən, bu yolu "kırt" (qısa) etmək də olardı... “Ləyaqətli Sülh” nə deməkdir? Səsvermədən sonra 66 yaşlı eks-prezident Robert Köçəryan deyib: "Mən ləyaqətli sülhə və iqtisadiyyatın bərpasına səs verdim". "Ləyaqətli sülh" deyəndə Robert Köçəryan nəyi nəzərdə tutur? Şəxsən mən "Hadrutu və Şuşanı geri qaytaracam" deyən adamdan sülh gözləmirəm... Ermənistan boşalır Levon Ter-Petrosyan deyir ki, müharibədən sonra Ermənistanı 70 min adam tərk edib. Ölkə boşalır. Seçkidən sonra qarşıdurma olacağı gözlənilir. Bu isə o deməkdir ki, Ermənistan tamamilə boşalacaq... Musavat

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler