» » Müsavat partiyasına mitinq icazəsi verildi

Müsavat partiyasına mitinq icazəsi verildi

Bölmə: Siyasət
Müsavat partiyasına mitinq icazəsi verildiBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının dekabrın 14-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov apa -ya açıqlamasında deyib ki, qurum müraciəti araşdırıb və mitinqə razılıq verib: “Mitinqin saat 15:00-dan 17:00-a qədər keçmiş “Məhsul” stadionunda keçirilməsi məqsədəuyğun hesab edilib”.

Qeyd edək ki, Müsavat Partiyası 10 Dekabr - Beynəlxalq İnsan Haqları günü ilə bağlı dekabrın 14-nə mitinq təyin edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler