» » Ərdoğan Azərbaycanın Avropa üçün əhəmiyyətindən danışdı

Ərdoğan Azərbaycanın Avropa üçün əhəmiyyətindən danışdı

Bölmə: Siyasət
Ərdoğan Azərbaycanın Avropa üçün əhəmiyyətindən danışdı"Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz təkcə Türkiyənin təbii qaza olan ehtiyacını ödəməyəcək. Eyni zamanda "Şahdəniz" Avropa İttifaqı ölkələrinin də təbii qaza olan ehtiyacını ödəməyə töhfə verəcək.

APA-Economics”in Türkiyə prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Türkiyə dövlətinin başçısı Rəcəb Tayyip Ərdoğan Beynəlxalq Yanacaq və Təbii Qaz Strategiyaları Simpoziumu münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.

Türkiyə prezidenti həmçinin təbii qaz sektorunda 2007-ci ildə Bakı-Tilfis-Ərzurum təbii qaz boru xəttinin və Türkiyə-Yunanıstan təbii qaz birləşdiricisinin fəaliyyətə başladığını xatırladıb.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Azərbaycanla 2018-ci ildən başlayaraq 6 mlrd. kubmetr təbii qazın ölkəsinə tədarükünü nəzərdə tutan bir anlaşma imzalayıb. Bundan başqa, prezident illik 10 mlrd. kubmetr Azərbaycan qazının inşa ediləcək yeni bir boru xətti ilə Türkiyədən Avropaya nəqli üçün TANAP layihəsi ilə əlaqədar anlaşmaların da əldə olunduğunu qeyd edib.

“TANAP-ın əsas boru xətlərinin alış-satışına dair anlaşmalar da oktyabr ayında Türkiyədə imzalandı. Bu anlaşma nəticəsində təxminən 1 800 kilometrlik əsas boru xəttinin tədarükünün 80%-nı yerli polad istehsalçısı türk firmaları həyata keçirəcək”, - deyə Türkiyə dövlət başçısı R. T. Ərdoğan bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler